Accessibility links

Jurnalistlər qlobal səviyyədə atəş altındadır


Camal Xaşuqcinin yoxa çıxması-Jurnalistlər qlobal təhlükə qarşısında
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Washington Post qəzetinin yazarı Camal Xaşuqcinin İstanbulda Səudiyyə Ərəbistanının konsulluğuna daxil olduqdan sonra yoxa çıxması və bildirildiyi kimi öldürülməsi dünya boyu media azadlığı və jurnalistlərin təhlükəsizliyi ilə bağlı debatların genişlənməsinə səbəb olub. Beynəlxalq media və insan haqları qrupları dünya ölkələrində media azadlığı səviyyəsinin azaldığını qeyd edir. Amerikanın Səsinin jurnalisti Qreta Van Sasteren mövzunu Jurnalistləri Müdafiə Komitəsi ilə müzakirə edib.

Səudiyyəli jurnalistin yoxa çıxması və mümkün qətli qlobal səviyyədə hiddətə və cavab çağırışlarına səbəb olub.

Washington Post qəzetinin yazarı Camal Xaşuqci iki həftə bundan əvvəl Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğuna daxil olub, lakin onun orada çıxdığını heç kəs görməyib.

Xaşuqcinin həmkarı, 2016-cı ildə azad edilən Ceyson Rezaiyan İranda 544 gün məhbəsdə olub. O deyir ki, jurnalistlərin hədəfə çevrilməsi mətbuat üçün təhlükəli məqamı əks etdirir.

Birləşmiş Ştatlar məsələ ilə bağlı mövqeyə malik olmalıdır və irəli çıxıb deməlidir ki, `biz bunu dəstəkləmirik, biz mətbuat azadlığını və mətbuatın müdafiəsini dəstəkləyirik.`
Ceyson Rezaiyan

“Biz jurnalistlərin daha çox həbs olunduğu, təcavüzə məruz qaldığı, öldürüldüyünün şahidi oluruq və çox vaxt bu, Birləşmiş Ştatların müttəfiqləri və ya demokratik ölkələrdə baş verir. Biz əvvəllər belə şeylə qarşılaşmırdıq. Bu hallar artır və bu elə bir məqamdır ki, Birləşmiş Ştatlar məsələ ilə bağlı mövqeyə malik olmalıdır və irəli çıxıb deməlidir ki, `biz bunu dəstəkləmirik, biz mətbuat azadlığını və mətbuatın müdafiəsini dəstəkləyirik.` Amma biz bunun baş verdiyini görmürük.”

Jurnalistləri Müdafiə Komitəsinin bildirdiyinə görə, 2017-ci ildə rekord sayda jurnalist peşə fəaliyyəti ilə əlaqədar həbs edilib. Türkiyə, Çin və Misir jurnalistlərin ən çox həbs olunduğu ölkələrdir.

Komitənin bildirdiyinə görə, dünya boyu peşə fəaliyyətini yerinə yetirərkən 44 jurnalist öldürülüb. Müharibələrin getdiyi ölkələr jurnalistlər üçün ən təhlükəli yerlər olsa da, Amerikanın Səsinin İslamabad bürosunun rəhbəri Ayişa Tanzim deyir ki, bu, mətbuat azadlığı üçün yeganə təhlükə deyil.

“Xüsusilə də Pakistan və Əfqanıstanda oğurlanma halları böyük təhlükədir. Siz sadəcə İslam Dövləti qrupu, ya da Taliban tərəfindən deyil, kriminal qruprlar tərəfindən oğurlana bilərsiniz. Çünki onlar sizə girov müqabilində pul mənbəyi kimi baxır. Və əgər sizdən pul ala bilməsələr, onlar sizi Talibana sata bilərlər. Taliban da ya girov, ya da məhbus dəyişdirilməsi müqabilində pul istəyəcək.”

Mediaya qarşı təhdidlər və zorakılıqlar artdıqca ekspertlər deyir ki, hesabatlılıq məsələsi gündəmə gəlməlidir.​

Rəsmilər görməlidir ki, bundan yaxalarını qurtarmayacaqlar və bu dəhşətli nümunənin timsalında jurnalistlərin həyatına `belə asanlıqla` son qoya bilməyəcəklər.
Jurnalistləri Müdafiə Komitəsi

Jurnalistləri Müdafiə Komitəsinin nümayəndəsi Rob Mahoni: “Maltada jurnalistin maşınının partladılması, ya da bizim ehtimal etdiyimiz kimi, səudiyyəli jurnalistin diplomatik nümayəndəlikdə tora salınıb öldürüllməsi olsun. Məhz buna görə Camal Xaşuqcinin işi ilə bağlı şəffaf beynəlxalq təhqiqatın aparılmalıdır. Rəsmilər görməlidir ki, bundan yaxalarını qurtarmayacaqlar və bu dəhşətli nümunənin timsalında jurnalistlərin həyatına `belə asanlıqla` son qoya bilməyəcəklər.”

Müstəqil Freedom House təşkilatı bildirir ki, qlobal səviyyədə media azadlığı son 10 ildə ən aşağı səviyyəyə enib. Dünya əhalisinin yalnız 13 faizi azad mətbuatdan bəhrələnə bilir.

XS
SM
MD
LG