Accessibility links

Türkiyə tanınmış iki jurnalisti azadlığa buraxıb [Video]


Türkiyə həbsdə olan iki jurnalisti azadlığa buraxıb. Onlar hökuməti Suriyaya silah göndərməktə ittiham etdikləri üçün həbs edilmişdilər. Jurnalistlər dörd ay həbsdə qaldıqdan sonra konstitusiya məhkəməsi onların bəratinə qərar verib.

Cümhuriyyət qəzətinin baş redaktoru Can Dündar və Ankara bürosunun rəhbəri Erdəm Gül bu gün səhər İstanbuldakı həbsxanadan azadlığa buraxılıb.

Dündar Konstitusiya məhkəməsinin bu qərarını tarixi addım adlandırıb.

Sərhədsiz reportyorlar təşkilatının rəhbəri Kristof Deloir jurnalistlərin azadlığa buraxılmasını sevinclə qarşılandığını deyib. Lakin Dündar və Gül gələn ay dövlət sirlərini yaydıqları üçün məhkəmə qarşısına çıxarılacaq. Əgər günahkar bilinsələr onları ömürlük həbs cəzası gözləyir.

ABŞ-da yerləşən jurnalistlərin müdafiə kommitəsi bildirib ki, Türkiyə dünyada jurnalistləri həbsinə görə ən pis ölkələr arasındadır.

XS
SM
MD
LG