Accessibility links

Kanadanın Baş naziri Castin Trüdo COVID-19-a yoluxub


Kanadanın Baş naziri Castin Trüdo
Kanadanın Baş naziri Castin Trüdo

Kanadanın Baş naziri Castin Trüdo bazar ertəsi COVID-19 üçün verdiyi testin müsbət çıxdığını xəbər verib. O özünü yaxşı hiss etdiyini və ictimai sağlamlıq qaydalarına əməl edərək uzaqdan işləməyə davam edəcəyini bildirib.

Trüdonun Kanada Press-ə bildirdiyinə görə, övladının keçən həftə testinin nəticəsinin müsbət çıxmasından sonra özünü təcridə aldığını və sürətli testlərdən keçsə də nəticələrin mənfi çıxdığını bildirib.

"Bu səhər mənim COVID-19 testimin nəticəsi müsbət çıxdı. Özümü yaxşı hiss edirəm və ictimai sağlamlıq qaydalarına əməl etməklə bu həftə uzaqdan işləməyə davam edəcəyəm" - deyə, twit atan baş nazir Parlamentin iclasında internet vasitəsi ilə iştirak etmək niyyətindədir.

50 yaşlı Trüdo 2020-ci ilin mart ayında həyat yoldaşı Sofinin COVID-19-a yoluxmasından sonra pandemiyanın başlanğıcında iki həftə özünü təcrid etmişdi.

Bundan əvvəl COVID-19-a yoluxan dünya liderləri arasında ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Böyük Britaniyanın baş naziri Boris Conson da var.

Bu arada ABŞ Konqresinin Nümayəndəsi Kollin Allred Prezident Volodomir Zelenski və digər hökümət rəsmiləri ilə görüşdən qayıtdıqadan sonra COVID-19-a yoluxduğunu xəbər verib.

Texas ştatından olan Demokrat Allredlə birlikdə ABŞ Konqresinin 10 digər üzvü Brüssel və daha sonra Ukraynaya səfər etmişdi.

O, yaydığı açıqlamada bildirib ki, 30 yanvar tarixində verdiyi COVID-19 testinin nəticəsi müsbət çıxmazdan əvvəl təyyarəyə minərkən və enərkən verdiyi testlərin nəticəsi mənfi idi.

Allred özünü yaxşı hiss etdiyini, hazırda yüngül simptomları olduğunu bildirərək, tam peyvənd olunuaraq, güzləndirici doza da qəbul ediyini deyib.

Onun bildirdiyinə görə, özü və nümayəndə heyətinin digər üzvləri səfər boyu, o cümlədən Zelenski ilə görüşdən əvvəl COVID-19 testlərindən keçib.

Konqres nümayəndələrinin Kyivə səfəri Rusiyanın Ukraynaya qarşı hərbi hücuma keçməyə hazır olması ilə bağlı qorxuların artması fonunda baş tutub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG