Accessibility links

Kanadanın Baş Naziri Trüdo etrirazları dayandırmaq üçün fövqəladə səlahiyyətlərdən istifadə edir


Kanadanın Baş naziri Castin Trüdo ölkədə COVID-19 məhdudiyyətlərinə qarşı baş qaldıran etirazları dayandırmaq üçün fövqəladə səlahiyyətlərdən istifadə edilməsi üçün müraciət edib. Artıq iki həftədir ölkənin paytaxı və ABŞ-la sərhəd keçid məntəqələri yük maşını sürüclərinin etirazları səbəbindən iflic vəziyyətinə düşüb.

Trüdo bazar ertəsi ölkənin vilayətlərinin liderləri ilə virtual görüşdən sonra xalqa müraciət edib. "Bu blokadalar qeyri-qanunidir və əgər siz hələ də burda iştirak edirsinizsə, evə getməyin vaxtıdır", o bildirib.

"Azadlıq Konvoyu" adlı etirazlar hökumətin COVID-19 peyvəndi və karantin qaydalarına qarşı çıxan yük maşını sürücüləri tərəfindən başladılıb. O vaxtdan bəri nümayişlər pandemiya ilə bağlı digər məhdudiyyətlərdən, həmçinin Trudeau administrasiyasının siyasətindən narazı olan etirazçıları cəlb edib.

Trüdo federal hökumətə Kanada ştatlarının səlahiyyətlərini ləğv etməyə imkan verən 1988-ci ilə aid Fövqəladə Hallar Aktını işə salıb,

Aktın əvvəlki variantı Trüdonun atası, keçmiş baş nazir Pyer Trüdo tərəfindən sülh dövründə yalnız bir dəfə istifadə edilib. O, 1970-ci ildə Kvebekdə separatçılardan ibarət silahlı qrup tərəfindən Britaniya diplomatı və ştatın kabineti nazirini oğurladıqdan sonra bu addımı atmışdı.

Trüdo bildirib ki, fövqaladə tədbirlər "qısa vaxt ərzində, konkret nəzərdə tutulmuş əraziləri hədəf alaraq, ağlabatan tədbirlərlə məsələni həll etmək üçün nəzərdə tutulub".

Bundan əvvəl isə bazar günü Kanada polisi Ontario vilayətinin nümayişi dağıtmaq üçün fövqəladə vəziyyət elan etməsindən sonra ABŞ-ın Detroit şəhərinə gedən yolun açılmasına nail olmuşdu.

Eyni zamanda, bazar ertəsi etirazların mərkəzi olan Ontario ştatının baş naziri bir sıra pandemiya məhdudiyyətlərini qaldıracağını bildirib. Lakin o bu tədbirlərin etirazlara görə həyata keçirilmədiyini əlavə edib. Douq Ford bunu ştatada pevənd nisbətinin artması ilə izah edərək məhdudiyyətlərin planlaşdırıldığından iki həftə əvvəl aradan qaldırııacağını bildirib.

XS
SM
MD
LG