Accessibility links

Türkiyə Çanaqqala döyüşünün 100 illiyini qeyd edir


Çanaqqala abidəsi
Çanaqqala abidəsi

Aprelin 24-də Türkiyə Çanaqqala döyüşünün 100 illiyini qeyd edir. Döyüşlər zamanı Türkiyə və hərbi koalisiya ölkələri – Britaniya, Fransa, Yeni Zelandiya, Avstraliyanın 120 min əsgər və zabiti həyatını itirib.

Tədbirlərdə Azərbaycan prezidenti İlham Əliyev, baş nazirin müavini Əli Əhmədov, müdafiə naziri Zakir Həsənov, Milli Məclisin deputatları, Azərbaycan ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edir.

1915-ci ildə Türkiyənin Qallipoli yarımadası uğrunda savaş Birinci Dünya Müharibəsinin lokal döyüşlərindən biri idi, lakin türk dövlətçiliyi üçün mühüm önəm daşıyırdı. Böyük Britaniya admirallığının birinci lordu Uinston Çörçilin hazırladığı qanlı döyüşlər Mustafa Kamal Paşanın (Atatürk, Türkiyə Respublikasının ilk prezidenti) komandanlıq etdiyi türklərin qələbəsi ilə başa çatıb.

Çanaqqala döyüşçüləri
Çanaqqala döyüşçüləri

Onun əsgərlərə: “Mən sizə hücuma keçməyi əmr etmirəm, mən sizə ölməyi əmr edirəm” çağırışı türklərin qəhrəmancasına müqavimət göstərməsinin apofeozu olub.

Müttəfiq qoşunlar türklərin görünməmiş müqavimətini qıra bilməyərək qarşıya qoyulan vəzifəni, -Bosfor və Dardanel boğazlarını, həmçinin İstanbulu ələ keçirmək, - yerinə yetirə bilməyib.

Uğursuz əməliyyatdan sonra xarici qoşunlar Türkiyə ərazisini tərk etməyə məcbur olub.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 102 ölkədən dövlət və hökumət başçılarını, o cümlədən Ermənistan prezidenti Serj Sarkisyanı Çanaqqala döyüşünün 100 iliiyi ilə bağlı tədbirlərə dəvət edib. Lakin S.Sarkisyan Osmanlı imperiyasında ermənilərin kütləvi qətlə yetirilməsinin 100 illiyi ilə əlaqədar dəvəti qəbul etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG