Accessibility links

Kanar adalarında yanğın 9,000 adamın evakuasiyasına səbəb oldu


İspaniyanın Kanar adalarının rəsmiləri Gran Canaria boyu yayılan irimiqyaslı yanğına görə bazar günü 9,000-ə qədər çox insanın evakusaiya edildiyi barədə xəbəri təsdiqləyib.

Atlantik okeanında, Afrikanın şimal-qərb sahilində, Kanar adalarının ikinci ən sıx məskunlaşmış adası olan Gran Canariada 1700 hektar ərazinin yandığı bildirilib.

İndiyə qədər ölüm hallarının baş vermədiyi, lakin yanğının hələ də nəzarət altına alınmadığı deyilir.

Yanğın şənbə günü Teheda şəhərinin yaxınlığında, gözəl mənzərəsi ilə çox sayda turisti cəlb edən dağlıq Kruz de Teheda bölgəsinə başlayıb.

Kanar adalarının prezidenti Encel Viktor Torres verdiyi açıqlamada yanğının "son dərəcə şiddətli" və "qeyri-sabit" olduğunu bildirib.

Güclü külək və yüksək temperatur şəraitində yanğınla 700-dən çox yanğınsöndürən və 16 təyyarə mübarizə aparır.

XS
SM
MD
LG