Accessibility links

Canlı Bloq: İranda etirazlar


1/4/18 1:07 - ABŞ Dövlət Departamenti İranda baş qaldıran etirazları yaxından izlədiyini deyərək, ölüm hallarını və minədək iranlının həbsini qınadığını bildirib. "Nümayişçilərə qarşı zorakılıq törədənlər, xalqa senzuta tətbiq edənlər, xalqın pulunu oğurlayanlar məsuliyyətə cəlb edilməlidir. Biz İran rejiminin qurbanlarına üz tutaraq deyirik: Siz unudulmayacaqsınız" , ABŞ Dövlət Departamentinin bəyanatında deyilib.

1/4/18 - 11:45 - Amnesty International bildirib ki, İranın səlahiyyətli nümayəndələri dinc nümayiş hüquqlarına ehtiram göstərməli, təhlükəsizlik qüvvələrinin qanunsuz şəkildə silahlardan istifadə etməsi və nəzarət altına alınanların işgəncələrə tabe tutulması barədə istintaq aparmalıdır. “Hüquq-mühafizə rəsmiləri özlərini müdafiə etmək hüququna malik olmaqla yanaşı, ictimai asayişi də qorumalıdır. Dinc nümayişçilərə qarşı silahlardan istifadə edilməsi ciddi narahatlıq doğurub. İran beynəlxalq qanunlara əsasən insan haqları sahəsindəki öhdəliklərinə əməl etməlidir” - deyə, Amnesty International-ın Yaxın Şərq və Şimali Afrika üzrə aradırmaçısı Filip Lüter bildirib.

1/4/18 10:31 - Londonda baş nazirin ofisinin yerləşdiyi Downing Street-də İran hökuməti əleyhinə nümayiş təşkil edilib. Aksiya zamanı nümayişçilər və İranda demokratik dəyişiklikləri dəstəkləyənlər polisə müraciət təqdim edib.

1/4/18 10:25 - İranın daxili işlər naziri Əbdülreza Rəhmani bildirib ki, dəqiq statistik göstəricilərə görə İranda nümayişlərə 42 min insan qatılıb. Hökumət əleyhinə aksiyalar Məşhəd şəhərində ötən cümə axşamı baş qaldırdıqdan sonra digər şəhərlərə də yayılıb.

1/4/18 5:55 - İran hökuməti etiraz aksiyalarına Ərəb baharından dərs alaraq cavab verir. Belə ki, 2011-ci ildə ərəb hökumətlərinin üsyanlara ağır taktikalarla təsir etməyə çalışdıqdan sonra Misir və Liviyada rejimlər devrilmiş, vətəndaş müharibələri baş qaldırmışdı. İran da 2011-ci ildə Ərəb baharından ilhamlanan nümayişlərə səhnə olmuşdu. Lakin az sayda polis qüvvəsinin nümayişçilərə öldürücü qüvvədən istifadə etməməsi nümayişlərin dayanmasına yol açmışdı. İnqilab qvardiyasının komandiri Məhəmməd Əli Cəfəri ərəb ölkələrinin təcrübəsinə əsaslanaraq aksiyaların dayandırılmasına çağırıb. İran hökuməti nümayişçilərə qarşı kəskin tantikalardan istifadə etdiyi üçün tənqidlərə məruz qalıb. Lakin belə görünür ki, hökumət bir qədər təmkinli davranır. Eksperlər bunu rejimin mövcudluğuna son qoyulma riski adlandırır.

1/4/18 3:30 İranlı amerikalılar İranda baş qaldıran etiraz aksiyalarını yaxından izləyir. Nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalarda 21 nəfər həlak olub. Çərşənbə günü İranda həm hökümətin lehinə, həm də əleyhinə nümayişlər keçirilib. Birləşmiş Ştatlar İran xalqına yenidən dəstək vəd edib, İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Birləşmiş Ştatları “açıq-aydın müdaxilədə” günahlandırıb. Kaliforniyanın Kiçik İran adlandırılan məhəlləsində yaşayan iranlı mühacirlər nümayişlərin dinc davam edəcəyinə və islahatlar aparılacağına ümid bəsləyir. Los Anjelesin bu məhəlləsi iranlıların ən çox cəmləşdiyi bölgədir. İranlı mühacirlər ölkənin molla rejimini tənqid edərək, onları korrupsiyada günahlandırır.

1/3/18 12:18 – Amerikanın Səsi ilə əməkdaşlıq edən jurnalist Qreta Van Sasterenlə müsahibədə vitse-prezident Mayk Pens bildirib ki, o, İran xalqının ABŞ-ın onların “azad və demokratik gələcəyə nail olmasını” görmək istədiyini başa düşdüyünə ümid edir.

Mayk Pens Twitter səhifəsində mesajında yazıb: “İran xalqı ilə bu gün birbaşa danışırıq. Mənim Amerikanın Səsi üçün @Greta ilə müsahibəm İrana yayımlanacaq. ABŞ prezidenti və mənim mesajım aydındır: Əvvəlkindən fərqli olaraq, Amerika azadlıq uğrunda həyatlarını risk altında qoyan cəsur iranlı etirazçılarla bir dayanır.

1/3/18 12:11 – BMT-nin baş katibi Antonio Quterreş çərşənbə günü açıqladığı bəyanatda İranda etirazlar zamanı insan ölümündən təəssüfünü ifadə edib. Onun sözçüsünün müavininin verdiyi açıqlamaya görə, o, azad toplaşmaq və ifadə azadlığına hörmət edilməsinə və nümayişlərin dinc şəkildə keçirilməsinə çağırıb. Bundan öncə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Zyed Raad Əl-Hüseyn İranı “bundan sonra zorakılıq və iğtişaşların baş verməməsi üçün ölkə boyu baş verən etiraz dalğasının öhdəsindən ehtiyatla gəlməyə” çağırıb.

1/3/18 11:23 – ABŞ-ın vitse-prezidenti Mayk Pens Twitter səhifəsində mesajda yazıb ki, İranda rejim əleyhdarı nümayişçilər “Amerikada İranın korrupsiyalaşmış hökumətə və tiraniyaya qarşı mübarizəni davam etdirən azadsevər xalqına hər iki partiyanın dəstəyin” olduğunu bilməlidir.​

1/3/18 9:48 – Fransa xəbər agentliyinə əsasən, İranın İnqilabi Qvardiyası bildirib ki, son günlər ölkəni bürümüş hökumət əleyhinə etirazlar sona çatmaq üzrədir. “Bu gün biz iğtişaşların sona çatdığını elan edə bilərik”, İnqilabi Qvardiyanın komandiri Məhəmməd Əli Cəfəri veb səhifəsində bildirib.

1/3/18 8:41 – Prezident Donald Tramp İranda hökumət əleyhinə etirazlarla bağlı Twitter səhifəsində daha bir şərh yazaraq, “İran xalqına korrupsiyalaşmış hökumətini geri çağırmağa çalışdığına görə böyük ehtiram bəslədiyini” bildirib.

"İran xalqına öz korrupsiyalaşmış hökumətini geri çağırdığı vaxt böyük ehtiram. Siz Birləşmiş Ştatların münasib zamanda böyük dəstəyini görəcəksiniz!" Tramp yazıb.

1/3/18 7:42 – Amerikanın Səsinin Fars xidməti Almaniyanın Hamburq şəhərində İranın konsulluğu qarşısında İranda hökumət əleyhinə etirazlara dəstək bildirmək üçün toplaşmış bir qrup insanın foto-şəklini paylaşıb.

1/3/18 6:31 a.m. - İranda günlərdir hökümətə qarşı və iqtisadi problemlərlə əlaqədar keçirilən etiraz aksiyalarının ardınca bu gün hökumət tərəfdarları ölkə boyu nümayişlər keçirib. İranın dövlət televiziyası ilə əllərində İran bayraqları olan insanların Ali dini lider Ayətullah Əli Xameneyiyə dəstək şüarları səsləndirən kütlə nümayiş etdirilib.

Hökumət tərfdarlarının Qum şəhərində nümayişi
Hökumət tərfdarlarının Qum şəhərində nümayişi

1/3/18 6:00 – Türkiyə rəsmiləri bildirib ki, İran prezidenti Həsən Ruhani türkiyəli həmkarı Rəcəb Tayyib Ərdğana İranda etirazçların bir neçə gün ərzində sona çatacağına ümid bəslədiyini deyib. Türkiyənin bildirdiyinə görə, iki lider arasında çərşənbə günü telefon söhbəti olub.

1/3/18 5:45 – Fakt yoxlanışı: Rusiya bildirir ki, İran da daxil olmaqla xarici ölkələrin daxili işlərinə müdaxilə etmir. Polygraph İranda etirazlar davam etdiyi vaxt Rusiyanın iddialarına nəzər salır.

1/2/18 9:20 – ABŞ-ın milli təhlükəsizlik müşaviri H.R. Makmaster: "İran xalqı rejimlə bağlı narahatlığını ifadə edir. O rejim ki, diqqətini insanların ehtiyaclarını qarşılamaq əvəzinə terrorun istismarına yönəldir.”

1/2/18 9:15 – Video yazı İranın Qərbi Azərbaycan vilayətindəki toqquşmaları göstərir.

1/2/18 4:00 Ağ Ev sözçüsü Sara Hakabi Sanders prezident Trampın sələfi Obama kimi hadisələri sakit izləməyəcəyini deyib. Sözçü əlavə edib ki, prezident Tramp İran xalqını dəstəkləyir və bunun hər kəs üçün aydın olmasını istəyir.

XS
SM
MD
LG