Accessibility links

Çap oluna bilən metal parçalar [Video]


Çap oluna bilən metal parçalar
please wait

No media source currently available

0:00 0:01:36 0:00

Metallardan 3D materiallar çap etmək bacarığı bir çox metal hissələrin hazırlanma üsulunu dəyişib, çünki indi 3D printeri ilə böyük və mürəkkəb formalar çap etmək mümükndür. Bir zamanlar hissələrdəki boşluqları bağlamaq üçün onlar qaynaqla birləşdirilməli idi. İndi isə bu hissələr bir parça olaraq çap oluna bilər. NASA alimləri deyir ki, onlar artıq bir-birinə keçmiş metal halqalardan düzəldilmş elastik material çap edə bilir.

Orta əsrlərdə metaldan düzəldilən geyimlərdən istifadə edirdilər.

Bunlardan astronavtların geyindiyi skafandrların qorunması elecə də tullanantıların mikro-meteoroid qorunması üçün isitfadə edəcəyik. Bundan əlavə isə antenalar üçün səthlər düzəldəcəyik və beləcə formalarını dəyişə bilən antenalarımız olacaq.
Raul Polit Kasilyas

Zəncirli zireh adlanan elastik bədən zirehini düzəltmək üçün təcrübəli dəmirçi halqaları bir-birinə ilk olaraq əli ilə daha sonrakı dövrlərdə isə maşınla birləşdirirdi. Bunun başqa bir yolu yox idi.

Amma indi var.

NASA-nın Təyyarələrin İtələyici Qüvvə Laboratoriyasının mühəndisləri 3D printerlərindən istifadə edərək, zəncirli zireh düzəldiblər.

Raul Polit Kasilyas: “Gözünüzün önünə zəncirli zireh gətirin. Bu zireh bir-birinə keçmiş çox sayda halqalardan ibarət olur. Əvvəllər bir adam bu halqaları bir-birinə əli ilə ya da maşın vasitəsilə birləşdirməli olurdu. Amma əlimdə gördüyünüz bu parça printerdən bu şəkildə. Heç nəyi bir-birinə birləşdirməyə ehtiyac qalmır. Bunun hamısı tək bir parçadan ibarətdir”.

Çap olunmuş halqaların hamısı tamamilə eynidir və mükəmməl bir şəkildə bir-biri ilə iç-içə keçib.

3D çap
3D çap

NASA mühəndisləri deyir ki, metal parçaları çap edə bilmək onlara müxtəlif formaları sınaqdan keçirməyə və onlardan fərqli məqsdələr üçün istifadə etməyə imkan yaradır.

Raul Polit Kasilyas: “Bunlardan astronavtların geyindiyi skafandrların qorunması elecə də tullanantıların mikro-meteoroid qorunması üçün isitfadə edəcəyik. Bundan əlavə isə antenalar üçün səthlər düzəldəcəyik və beləcə formalarını dəyişə bilən antenalarımız olacaq.”

Polit Kasiyas deyir ki, gələcəkdə astonavtlar artıq kosmik gəminin içində də materiallar çap edə və hətta lazım olmayan hissələri təkrar emal edə biləcəklər.

XS
SM
MD
LG