Accessibility links

Ben Cardin: Arif və Leyla Yunus dərhal azadlığa buraxılmalıdır


ABŞ senatoru Benjamin Cardin twitter statusunda belə yazıb.

Senator bir sonrakı tvitində Leyla Yunusla bağlı yazır: “Leyla Yunusun vəkillərə çıxışı təmin olunmalı və tibbi yardıma ehtiyacı var. Azərbaycan onu dərhal azadlığa buraxmalıdır".

Ben Cardin ABŞ Konqresinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq komissiyası – Helsinki komissiyasının sədri və ATƏT-in Parlament Assambleyasının vitse-prezidentidir.

Oktyabrın 29-da Nəsimi rayon Məhkəməsi Arif Yunusun həbs müddətinin 4 ay uzadılması ilə bağlı qərar çıxarmışdı. Arif Yunusun xanımı Leyla Yunus iyulun 30-da, Arif Yunus isə beş gün sonra həbs olunub. Onlar dövlətə xəyanətdə və bir sıra digər cinayətlərin törədilməsində ittiham olunurlar.

«Amnesty International» təşkilatı onları «vicdan məhbusları» kimi tanıyıb. Beynəlxalq təşkilatlar, həmçinin, Fransa prezidenti də daxil olmaqla, bir sıra ölkələrin liderləri onları azadlığa buraxmağa çağırıblar.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG