Accessibility links

Cared Kuşnerin maliyyə durumu açıqlanıb


Ağ Ev prezident Trampın kürəkəni və xüsusi müşaviri Cared Kuşnerin maliyyə vəziyyətinə dair açıqlama verib.

Onun son bir il ərzində gəlirlərinin artması ilə yanaşı borclarının artdığı da bəlli olub.

Kuşnerin mülkiyyəti keçən il 140 milyon dollara yaxın olub. Bu il isə bu göstərici 181 miyon dollar təşkil edir. Xanımı İvanka ilə onların ümumi mülkiyyəti ötən il 240 milyon dollara bərabər olub.

Cütlüyün sözçüsü deyib ki, ailənin maliyyə durumuna dair hesabat onların gəlir və borclarında ciddi dəyişiklik olmadığını, İvanka və Caredin federal etika qaydalarına əməl etdiyini qeyd edib.

Kuşnerin iri holdinqlərindən biri Cadre-nin ilin əvvəlində 25 milyon dollar dəyəri var idisə, hazırda şirkətin dəyəri 5 milyon artıb.

İvankanın 50 milyon dollardan çox olan mülkiyyəti onun biznesləri və korporasiyalarının səhm fondlarından əldə edilib. Ötən il bu fondlar 5 milyon dollar gəlir gətirmişdi.

Vaşinqtondakı Trump International Hotel-in dəyəri 5 milyonla 25 milyon dollar arasındadır.

Kuşnerin borcları da son il ərzində artıb. O, ailə şirkətinin keçən il Nyu-Cersidə yaşayış kompleksinin satın alınması üçün 5 milyon dollardan 25 milyon dollara qədər əlavə borc götürüb.

Kuşner Bank of America, New York Community Bank və Signature Bank-la 1 milyonla 5 milyon dollar arasında kredit almaq imkanı əldə edib. Bu, onun borcu hesab edilməsə də, borc perspektivi kimi nəzərdə tutulur.

Ağ Evin açıqlaması dünyanın diqqətini Tramp-Kim görüşünə yönəltdiyi günə təsadüf edib.

Ağ Ev prezidentin maliyyə durumuna dair hesabatı keçən ay açıqlamışdı.

XS
SM
MD
LG