Accessibility links

ABŞ-ın müdafiə naziri Guantanamo məhbuslarının köçürülməsi planını dəstəkləyir


Birləşmiş Ştatların müdafiə naziri Eşton Karter Quantanamo məhbuslarının köçürülməsi fikrini tam dəstəklədiyini bildirib. Karter deyib ki, nazirlik Kubada yerləşən Quantanamo həbsxanasındakı məhbusların Birləşmiş Ştatlardakı hərbi təcridxanalara köçürülməsini nəzərdən keçirir. Cümə axşamı verdiyi açıqlamasında nazir Konqresin hər iki palatasının bu planı maraqla qarşıladığını, məhbuslarının köçürülməsi ilə bağlı isə Ağ Evdən heç bir təzyiq olmadığını bildirib.

Birləşmiş Ştatlar qanununa əsasən məhbusların köçürülmasi ilə bağlı son qərarı ölkənin müdafiə naziri verə bilər.

Prezident Barak Obamanın ABŞ-ın Kubada yerləşən həbsxanasını ləğv edəcəyini vəd etməsindən illər keçsə də, Kubada hələ də sabiq administrasiyanın “Terrora qarşı Müharibə” adlandırdığı dövrdə həbs olunan 116 məhbus var.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG