Accessibility links

Milli Məclisdə “casus qalmaqalı”


Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanun qəbul edib
Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanun qəbul edib

ABŞ səfirliyi Azərbaycanda casus şəbəkəsi ilə bağlı yazını şərh edib

Azərbaycan Milli Məclisinin fevralın 14-də plenar iclasında “casus qalmaqalı” məsələsi müzakirə mövzusu olub.

Deputat Zahid Oruc iki gün öncə yerli mediada yer alan “casus qalmaqalı” məsələsinə toxunub və məsələ qızışıb. O, ad çəkmədən ölkədəki xarici səfirlikləri Azərbaycanda xarici kapital gücü ilə inqilab etmək istəyində suçlayıb.

Zahid Oruc ruca cavab olaraq Milli Məclisin sədri Oktay Əsədov ABŞ səfirliyinin keçmiş əməkdaşı, hazırda Londonda yaşayan Rebeka Vinsentinin fəaliyyətini təftiş edib.

“Azərbaycanda keçirilməsi gözlənilən olimpiadanı indidən boykot etmək çağırışları səsləndirir, onun hətta ləqəbi də vardı, bunu hamı bilir, ona “Miledi” deyirdilər. Belə “miledi”lər hələ çox olacaq, belə çağırışlara diqqətli olmalıyıq”, -deyə Oqtay Əsədov bildirib.

Jurnalist Eynulla Fətullayev “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı” adlı məqalə çap edib. Yazıda ABŞ Senatı aparatının iki əməkdaşı Con Zadrozni ilə Daniel Vajdiçinin yanvar ayında Bakı səfərinə toxunulur. Yazıda bu iki şəxsin Bakıda “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova ilə ölkədəki ictimai-siyasi durumu müzakirə etməsi vurğulanır.

Eynulla Fətullayev Xədicə İsmayılovanın amerikalı nümayəndələrə ölkə müxalifəti və jurnalistlərlə bağlı siyahı verdiyi və siyahıda adları çəkilənlərin hakimiyyətə işlədiyi iddia olunur.

Öz növbəsində ABŞ səfirliyi Azərbaycanda casusluq şəbəkəsinin və jurnalist Xədicə İsmayılovanın Amerika hakimiyyəti ilə “məxfi əməkdaşlığının” üstünü açmış Eynulla Fətullayevin qalmaqallı yazısını təmkinlə şərh edib.

Turan agentliyinin bu cür fikirlərin şərhi barədə xahişinə cavab olaraq səfirliyin mətbuat xidməti bildirib ki, Konqresin iki nümayəndəsi işgüzar səfər çərçivəsində Azərbaycana gəlib, rəsmi şəxslər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlərin məqsədi ABŞ hökumətinin Azərbaycan və region barədə daha yaxşı məlumatlandırılması olub.

Amerikanın Azərbaycandakı səfirliyi bir neçə ay öncə Rebekka Vinsentə qarşı Azərbaycandakı tənqidlərə də cavab vermişdi. “Xanım Vinsent Azərbaycana təyin olunduğu müddətdə fərqlənmə ilə xidmət göstərmişdir. O, 2008-ci ilin mart ayında Azərbaycanda göstərdiyi xidmətə görə Ali Şərəf Mükafatı almışdır. Azərbaycandakı təyinatından sonra xanım Vinsent ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı missiyasında xidmət göstərmişdir və daha sonra öz istəyi ilə 2008-ci ilin dekabr ayında Dövlət Departamentindən istefa vermişdir.”-deyə ABŞ səfirliyinin cavabında deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG