Accessibility links

Cavad Abbasi: İranda əgər hər hansı bir dəyişiklik olacaqsa bunun açarı Azərbaycan türkləridir


Cavad Abbasi ilə müsahibə
please wait

No media source currently available

0:00 0:13:01 0:00

May ayı 2006-cı ildə İran Azərbaycanında ana dilinə qoyulan qadağalar və azərbaycanlıların onların mədəni və siyasi fəaliyyətlərinin məhdudlaşdırılmasına etiraz olaraq keçirdiyi nümayişlərlə yadda qalır. Dünyanın hər yerində yaşayan güneyli fəallar qəddarcasına dağıdılmış dinc nümayişlərin ildönümünü qeyd edilir. May nümayişlərinin iştirakçısı olmuş güneyli fəal Cavad Abbasi Amerikanın Səsinə müsahibədə hadisələrin tarixi əhəmiyyəti, güneyli fəalların bu gün əsas tələbləri və gənc milli fəalların dil və mədəni hüquqlar uğrunda mübarizəsindən danışıb.

Cavad Abbasi deyib ki, 2006-cı ildə İranın rəsmi qəzetində azərbaycanlıların təhqir edildiyi karikaturaların dərc edilməsi irqi və etnik ayrı-seçkiliyə etiraz dalğası ilə nəticələndi: “Bütün şəhərlərdə yz minlərcə, milyonlarca insan, Həmədandan, Makudan, Urmiyədən tutmuş Zəncana və Tehrana qədər bütün şəhərlərdə xalq üsyan elədi, inqilab elədi və ayağa qalxıb öz varlığını ortaya qoydu. Bir daha fars şovinizmi, assimilyasiya siyasətinə son verilməsini istədi və fars millətinə, ya da başqa millətlərə nifrət yox, irqçi siyasətə və bizə qarşı aparılan assimilyasiya siyasətinə “bəsdir” demək üçün ayağa qalxdı və dedi ki, biz haqqımızı, hüququmuzu istəyirik.”

“Bütün şəhərlərdə yz minlərcə, milyonlarca insan, Həmədandan, Makudan, Urmiyədən tutmuş Zəncana və Tehrana qədər bütün şəhərlərdə xalq üsyan elədi, inqilab elədi və ayağa qalxıb öz varlığını ortaya qoydu."-Cavad Abbasi

Onun sözlərinə görə, etiraz nümayişlərinin geniş vusət alması hakimiyyəti çıxılmaz vəziyyətdə qoymuşdu: “Demək olar ki, bu iki həftə daha güclü hökumət olsa idi, başqa nəticələr də doğura bilərdi. Yəni hakimiyyət hegemoniyasını tamamilə əldən vermişdi, yüzlərlə insanı tutdular, işgəncə verdilər, məhkəməyə çıxardılar, həbslərə məhkum etdilər, Sulşduzda Urmiyədə, Təbrizdə insanlarımızı şəhid etdilər. Bu, Azərbaycan türkçülüyü uğrunda ən geniş yüksəliş hərəkatı və millətimizin öz varlığı yolunda verdiyi qanlar idi.”

Cavad Abbasi may hadisələrindən sonra milli hərəkatın güney azərbaycanlıların bütün təbəqələri arasında gücləndiyini deyib: “Bugünkü dönəmdə bizim əldə etdiyimiz nailiyyətlərin birincisi odur ki, hərəkat İran daxilində və dünya arenasında bir güc olaraq özünü otraya qoydu. İranda əgər hər hansı bir dəyişiklik olacaqsa, bunun baş rolu, bunun açarı Azərbaycan türküdür və Azərbaycan türkünün hüququnu tanımayan, buna qarşı çıxan və hüquqları tapdalayan hər kəs, istər Yaşıl hərəkat olsun, istər din adına hərəkat onun uğurlu olması imkansızdır.”

"Bu, Azərbaycan türkçülüyü uğrunda ən geniş yüksəliş hərəkatı və millətimizin öz varlığı yolunda verdiyi qanlar idi.”-Cavad Abbasi

Buna dəlil olaraq Cavad Abbasi İranda seçkilər zamanı əsas namizədlərin Azərbaycanın hüquqları ilə bağlı vədləri qeyd edib. O, Həsən Ruhaninin seçki kampaniyası zamanı Təbrizdə Azərbaycanlılara verdiyi vədləri buna misal olaraq göstərib: “Hazırkı prezidenti Həsən Ruhani seçkilərdə gəlib Təbrizdə dedi ki, mən türklərin haqq-hüququnu rəsmi olaraq tanıyıb, onlara şərait yaradacam və Urmu gölünün qurumasının qarşısını alacam. Amma təəssüflə ona əməl olunmadı və bir şüar kimi qaldı.”

Cavad Abbasi may hadisələrinin ən əhəmiyyətli tərəflərindən birinin gənc azərbaycanlı fəalların artıq aşkar şəkildə və qorxmadan meydanlarda öz tələblərini irəli sürməsi olduğunu deyib. O eyni zamanda, azərbaycanlı gənclərin biliyə, təhsilə üstünlük verdiyini, xarici ölkələrdə təhsil almağa can atdığını, azərbaycanlıların öz problemlərini beynəlxalq təşkilatlar səviyyəsində qaldıra bilməsini qeyd edib.

Cavad Abbasi güney azərbaycanlı fəalların İranda konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi kimi əsas tələblərinin yerinə yetirilməsi istiqamətində fəaliyyətlərini mədəni yollarla, heç bir zorakılığa əl atmadan davam etdirəcəyini deyib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG