Accessibility links

Cavad Abbasi: Güney təşkilatları sosial problemləri anlatmaqda daha effektiv ola bilər


Cavad Abbasi hesab edir ki, İran Azərbaycanındakı milli hərəkata mənsub siyasi təşkilatlar pandemiya dönəmini və ümumiyyətlə toplumdakı sosial problemləri anlatmaqda daha effektiv fəaliyyətlər yürüdə bilərlər.

please wait

No media source currently available

0:00 0:16:53 0:00

Amerikanın Səsinə danışan siyasi fəalın sözlərinə görə, toplumun daha çox maarifləndirilməsi ilə, İran hakimiyyəti üçün həyatını davam etdirməsi daha çətin olacaqdır.

Açıq iqtisadiyyatı olan ölkələr trilyon dollarla zərərə qatlandılar, amma ciddi tədbirlər aldılar ki, xalqın canını qorusunlar. Amma, İranda ən ucuz şey insan həyatıdır.

İranda Covid-19 pandemiyası zəminində mövcud olan çatışmazlıqlara diqqət çəkən Cavad Abbasi ölkədə bu kimi böhranlara qarşı mübarizə üçün lazimi infrastrukturların zamanında yaradılmadığını önə çəkir.

Onun dediklərinə görə, bu pandemiya sadəcə səhiyyə sektorunda deyil, ölkənin təhsil və bir çox digər sahələrində də yetərli infrastrukturlara malik olmadığı göstərdi.

“Bu dövlət millətinin fikrində olsaydı, yetərli infrastrukturları hazırlardı ki, belə böhranlarla qarşılaşdığında böhrandan çıxmağı bacara bilsin. Millətinin fikrində olsaydı, 40 ildir şiə hilalı adına və şiəçiliyi yaymaq bahasına millətinin büdcəsini aparıb ideloji çıxarları doğrultusunda xərcləməzdi,” türk fəal söyləyir.

Cavad Abbasi İslam Respublikasının ilk günlərdə virusa yoluxma və ölüm hallarını gizlətdiyi kimi sonrakı həftələrdə də əhalinin sağlamlıq və məişət durumu ilə əlaqədar gərəkli tədbirləri görmədiyini vurğulayır.

Təşkilatlarımız toplumda var olan çeşitli problemləri gündəmə gətirərək, bu rejimin gerçək üzünü hərkəsə göstrə bilərlər. Millətimiz maarifləndikcə bu rejimin həyatini sürdürməsi daha çətin olacaq.


“Ya dünyanın hamısı yanlış yoldadır, ya da dünyada iki-üç dənə İrana bənzər ölkələr yanlış yoldadırlar. Dünyaya açıq iqtisadiyyatı olan ölkələr trilyon dollarla zərərə qatlandılar, amma ciddi tədbirlər aldılar ki, xalqın canını qorusunlar. Sağlıq və insanların canı bu ölkələrdə önəmlidir. Amma İranda ən ucuz şey insan həyatıdır,” siyasi fəal qeyd edir.

Cavad Abbasi hesab edir ki, “Güney Azərbaycan təşkilatları pandemiya dönəmində daha effektiv fəaliyyət edə bilərdilər.”

Onun dediklərinə görə, “Bizim Güney Azərbaycan təşkilatları bəzi mövzularda effektiv ola biləcəklərini göstəriblər. Amma örnək üçün sosial məsələlər, millətin məişəti və iqtisadi durumu ilə bağlı daha effektiv fəaliyyət edə bilərlər. Toplumda var olan çeşidli problemləri gündəmə gətirərək, bu rejimin gerçək üzünü hər kəsə göstrə bilərlər. Millətimiz maarifləndikcə, bu rejimin həyatını sürdürməsi daha çətin olacaq.”

XS
SM
MD
LG