Accessibility links

Cavad Cavadov: Azərbaycan məhkəmələri 4 ildə cəmi 137 bəraət hökmü çıxarıb


 Məhkəmə zalı
Məhkəmə zalı

“Azərbaycanda 2014-2018-ci illər ərzində məhkəmələrdə cəmi 137 bəraət hökmü çıxarılıb, ümumi baxılan işlərə nisbətdə bu rəqəm bəlkə də bir faizin cuzi hissəsini təşkil edir.”

Bu barədə vəkil Cavad Cavadov facebook səhifəsində dərc etdiyi məqaləsində yazıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi son 4 ildə bəraət hökmü çıxarmayıb.
Cavad Cavadov, vəkil

Vəkilin sözlərinə görə, Azərbaycanın eləməhkəmələri var ki, 4 il ərzində ümumiyyətlə bəraət hökmü çıxarmayıb.

“Misal üçün, Lənkəran Ağır Cinayətlər Məhkəməsi son 4 ildə bəraət hökmü çıxarmayıb. Halbu ki, bu məhkəmə yalnız cinayət işlərinə baxır. Bəraət hökmlərinin rekordsmeni 34 hökmlə Bakı şəhər Yasamal rayon Məhkəməsi hesab olunur, ikinci pillədə 34 hökmlə Bakı şəhər Nərimanov rayon Məhkəməsi durur. Bakı Ağır Cinayətlər Məhkəməsndə dörd il ərzində cəmi 12 bəraət hökmünün qəbul edilməsi, bu, məhkəmədə durumun nə qədər ağır olmasından xəbər verir. Maraqlı vəziyyət Quba rayon Məhkəməsindədir, burada 11 bəraət hökmü çıxarılıb və hamısı hakim Zamin Tahirov tərəfindən qəbul edilib. Bakı şəhər Yasamal rayon Məhkəməsində hakim Ramin Qurbanov 16 hökmlə birinci yerdədir, Azər Tağıyev 12 bərat hökmü ilə ikinci göstəricidədir,” vəkil yazır.

Cavad Cavadov
Cavad Cavadov

Cavadov hüquqşunasların belə bir deyimini xatıraldır, - “bəraət hökmü çıxarmayan hakim əslində hakim hesab olunmur”.

“Bir ədalətsiz hökmün fəsadı, fərdlərin törətdiyi cinayətlərdən daha ağır olur. Sonuncular balaca çayları korladığı halda, ədalətsiz hökmlər həmin çayların mənbəyini korlayır,” vəkil Frensis Bekondan sitat yazır.

Vəkil hakimlərə müraciət edərək bildirir: "Hörmətli hakimlər ədalətsiz qərarlar qəbul etməyin, insan talelərini məhv etməyin. “Mən bəraət hökmü çıxartmışamı?” sualını özünüz üçün deviz seçin,” vəkil Cavad Cavadov qeyd edir.

Azərbaycanda 110 məhkəmə fəaliyyət göstərir. Onlardan 6-sı apelyasiya, 7-si inzibati-iqtisadi, 6-sı hərbi, 5-i ağır cinayətlər, 86-sı rayon məhkəmələrdidir.

Hakimlərin ümumi ştat sayı 800 nəfərdir. Amma, hazırda 562 hakim fəaliyyət göstərir.

Onlardan 41-i Ali Məhkəmədə, 132-si Apellyasiya məhkəmələrində, 39-u İnzibati-iqtisadi məhkəmələrində, 23-ü Hərbi məhkəmələrdə, 50-si Ağır cinayətlər məhkəmələrində, 277-si rayon (şəhər) məhkəmələrində çalışır.

XS
SM
MD
LG