Accessibility links

Hüqo Çaves sosialist siyasətini davam etdirəcəyinə vəd verib


Presiden Venezuela Hugo Chaves (foto:dok)
Presiden Venezuela Hugo Chaves (foto:dok)
Seçkilərdə qələbə qazanaraq növbəti 6 il müddətinə öz postunda qalanVenesuela prezidenti Hüqo Çaves sosialist siyasətini davam etdirəcəyinə vəd verib.

Seçki rəsmiləri Çavesi dünən keçirilən seçkilərin qalibi elan edib. Hazırli sosialist lider rəqibi, qubernator Henrike Kaprilesi səslərin yarısından çoxunu əldə etməklə üstələyib.

Seçki yarışı başa çatandan sonra nitq söyləyən Kapriles cənab Çavesi bu uğuru münasibətilə təbrik edib.

Nəticələr rəsmən açıqlanandan sonra Çavesin tərəfdarları prezident sarayının önündə atəşfəşanlıq edib. Cənab Çaves qələbə çıxışında tərəfdarlarına minnətdarlığını bildirib.

Analitiklər deyir ki, dünən keçirilən seçkilər Çavesin 14 illik hakimiyyəti dövründə ən gərgin səsvermə olub. Belə ki, Kapriles qapı-qapı gəzərək Venesuelanın enerji kəsintisi, ərzaq çatışmazlığı və ölkədə qətl hallarının artmasına görə prezidenti tənqid edib və bu yolla müxalifətə elektorat toplamağa çalışmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG