Accessibility links

Cavid Nəzmi: İranda həbsxanalarda normadan çox insan saxlanılır


Cavid Nəzmi
Cavid Nəzmi

Cavid Nəzmi İran Azərbaycanında koronavirusun insanların həyatlarını itirmələrinə səbəb olduğunu, Təbrizdə qırmızı vəziyyətin elan olunma ehtimalının olduğunu ifadə edib. O, gün keçdikcə İran Azərbaycanında və Təbrizdə vəziyyətin ağırlaşdığını bildirir.

Cavid Nəzmi: İranda həbsxanalarda normadan çox insan saxlanılır
please wait

No media source currently available

0:00 0:08:33 0:00

Nəzmi Şərqi Azərbaycan vilayətində Təbrizdən sonra vəziyyətin ən ağır olduğu şəhərlərdən birinin Şəbitər şərinin olduğunu bildirib. O, şəhərlərdə maska və dezinfeksiyaedici məhsulların çatışmazlığının olduğunu, ancaq zamanla bu məhsulların bazara gəldiyini də əlavə edib.

61 yazar, şair, ictimai xadim, siyasi fəal və sabiq siyasi məhbus İranın məhkəmə sistemin sədrinə məktub ünvanlayaraq həbsxanalarda saxlanılan azərbaycanlı siyasi məhbusların sağlamlıqları barədə narahatlıqlarını ifadə ediblər. Məktubu imzalayan şəxslərdən biri olan Cavid Nəzmi İranda həbsxanaların vəziyyətinin çox pis olduğunu ifadə edib.

"Kiçik bir yerdə normadan çox insan saxlanılır. Yəni biz həbsdə olduğumuz zaman gördüklərimizə əsasən, həbsxanada bir çox insanı çox balaca yerdə saxlayırlar və bir çox insan hətta yerdə yatmağa məcbur olur" - deyə milli fəal bildirib.

Nəzmi, siyasi məhbusların başqa cinayətlərdə ittiham olunan məhbuslarla bir yerdə saxlanılmasını narahatedici məqamlardan biri olduğunu bildirib. "Siyasi məhbuslar başqa məhbuslarla bir yerdə saxlanılır və onlarla əlaqədədirər. Bu və digər səbəblər bizim siyasi məhbusların vəziyyətindən narahat olmağımıza gətirib çıxarır," azərbaycanlı fəal bildirib.

Ruhani bir çıxışında bazar günündən etibarən şəraitin normallaşacağını demişdi, ancaq vəziyyətin şəhərlərdə getdikcə ağırlaşması xalqın böyük narazılığına səbəb oldu.

O, imza kampaniyasının və müraciətnamənin İran həbsxanalarında ağır şəraitdə saxlanılan siyasi məhbusların sağlamlıq vəziyyətindən yaranan narahatlıqdan dolayı yazıldığını söyləyib.

Təbrizdə yaşayan azərbaycanlı fəal son zamanlarda Kiyanuş Aslani, Rəhim Qulami və İbrahim Nurinin müvəqqəti azadlığa buraxıldıqlarını bildirib və yaxın gələcəkdə daha bir neçə azərbaycanlı siyasi məhbusun sərbəst buraxılacağına ümidini ifadə edib.

"Dövlətin əsas vəzifələrindən biri insanların canını qorumaqdır. Başqa ölkələr bu virusun yayılmasından sonra Çinlə bütün təyyarə səfərlərini və get-gəlləri kəsdikləri halda İranın "Mahan Air" şirkəti Çinə 50-dən çox reysi davam etdirib. Bu kimi xəbərlərin yayılması xalqın yüz faiz mənfi reaksiyasına səbəb olur," - deyə Cavid Nəzmi söyləyib.

Təbrizli fəal bütün dövlətlərin bu kimi məqamlarda ilk tədbir olaraq sərhədlərini bağladığını bildirib. O, İran dövlətinin sərhədləri bağlamamasını və həmin zaman ölkəyə rahat get-gəlin olmasını tənqid edib. O xalqın İran dövlətinin məsələni ciddiyə almamasından narazı olduğunu deyib. "Ruhani bir çıxışında bazar günündən etibarən şəraitin normallaşacağını demişdi, ancaq vəziyyətin şəhərlərdə getdikcə ağırlaşması xalqın böyük narazılığına səbəb oldu," milli fəal deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG