Accessibility links

Ali Məhkəmə jurnalist Cavid Şirəliyevin kassasiya şikayətini qismən təmin edib


Cavid Şirəliyev
Cavid Şirəliyev

Azərbaycan Ali Məhkəməsi 7gun.az portalının redaktoru, 5 il azadlıqdan məhrum edilmiş Cavid Şirəliyevin kassasiya şikayətini qismən təmin edib. Ali Məhkəmə işi təkrar baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərib.

Ali Məhkəmənin qərarı sentyabrın 27-də qəbul edilsə də qərarın mətni ərizəçiyə indi daxil olub.

Bu barədə Amerikanın Səsinə jurnalistin anası məlumat verib.

Öz növbəsində, vəkil Bəhruz Bayramov qeyd edib ki, müdafiə tərəfi bəraətverici əsaslarla işə tam xitam verilməsi məsələsini qaldırıb.

Onun fikrincə, Ali Məhkəmənin qərarı ibtidai istintaq və aşağı instansiya məhkəmələrində çoxsaylı pozuntularla bağlıdır.

Amma Ali Məhkəmə işə vəkildən xəbərsiz baxıb.

Bayramovun müqaviləsinin şərtinə görə o, kassasisa şıkayətinın baxışının başa catmasına qədər jurnalistin vəkili olub.

7gun.az-ın redaktoru Cavid Şirəliyev 2016-cı il mayın 22-də 5 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi jurnalisti hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə (Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri) təqsirli bilib.

Juranlist ittihamları qəbul etmir və həbsini sifariş hesab edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG