Accessibility links

CDC bəzi insanlar üçün Pfizer peyvəndinin gücləndirici dozasını təsdiq edib


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) direktoru ilk peyvəndləri azı altı ay əvvəl edilmiş bəzi şəxslərə Pfizer peyvəndinin gücləndirici (buster) dozasının tətbiq edilməsinə icazə verib.

Müəllimlər, tibb işçiləri və ümumiyyətlə işlərində COVID -19-a yoluxma riski ilə üz-üzə qalan insanlarla yanaşı 65 yaşdan yuxarı insanlara, qocalar evləri sakinlərinə və xəstəlikləri olan 50 ilə 64 yaş arasındakı bəzi insanlara əlavə gücləndirici dozalar tətbiq edilə bilər.

Roşel Valenski cümə axşamı CDC-nin məsləhət paneli tərəfindən hazırlanan və buster dozanın tətbiq ediləcəyi insanların siyahısına ön cəbhədə çalışan işçiləri əlavə edib.

ABŞ Ərzaq və Dərman İdarəsi 65 yaşdan yuxarı insanlar, ağır xəstəlik riski yüksək olanlar və müntəzəm olaraq koronavirusa yoluxmaq riski ilə üzləşən insanlar üçün Pfizer peyvəndinin üçüncü dozasını çərşənbə günü təsdiqləmişdi.

Avropa İttifaqının dərmanlara nəzarət orqanı cümə axşamı bildirib ki, 16-dan yuxarı yaşlardakı insanlara Pfizer-BioNTech-in COVID-19 peyvəndinin üçüncü dozasının təsdiq edib-etməyəcəyinə oktyabrın əvvəlində qərar verməyi planlaşdırır.

Avropa Dərman Agentliyi əvvəlcə iki dozalı proseduru təsdiqləyib, lakin peyvənd olunan insanlar arasında yoluxma halları artdıqdan sonra bildirib ki, peyvəndin tam dozasını aldıqdan 6 ay sonra 16 yaşdan yuxarı insanlara üçüncü doznın tətbiqi təcili nəzərdən keçirilməlidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG