Accessibility links

CDC insanları kruiz gəmilərində səyahət etməkdən çəkinməyə çağırıb


ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) peyvənd edib-etmədiklərindən asılı olmayaraq, insanları kruiz gəmilərində səyahət etməkdən çəkinməyə çağırıb. Belə ki, ölkədə gündəlik COVID-19-un omikron variantına yoluxma halları rekord həddə çatıb.

Bu çağırış pandemiya səbəbilə aylardır səyahətlərin dayandırılmasından sonra iyun ayında dənizlərə qayıtmağa başlayan kruiz sənayesinə daha bir zərbə vurub.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi cümə axşamı kruiz gəmilərində COVID-19-un yayılması ilə bağlı hesabatlara əsaslanaraq, kruizlərdə COVID-19-la əlaqədar səyahət xəbərdarlığı səviyyəsini ən yüksək səviyyəyə qaldırıb.

Səhiyyə agentliyi 90-dan çox gəmidə COVID-19 hallarını araşdırıb və hələ də araşdırmaqda davam edir. Kruiz səfərlərində sərnişinlərin 0,10% və ya daha çoxunun COVID-19 testi müsbət olarsa, agentlik yoxlanışa başlayır.

CDC-nin xəbərdarlığından sonra Carnival Corp., Norwegian Cruise Line Holdings Ltd. və Royal Caribbean Group-un səhmlərində təxminən 1% azalma qeydə alınıb.

Norwegian Cruise Line gəmilərindəki qonaqların ümumi əhali ilə müqayisədə COVID-19-a yoluxmaqdan daha yaxşı qorunduğuna inandığını bildirib.

Norwegian Cruise və Karnaval şirkətləri CDC-nin xəbərdarlığının planlaşdırılan səyahətlərə təsir etmədiyini deyib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi artıq kruiz gəmilərində olan sərnişinlərin səfərləri bitdikdən 3-5 gündən sonra testdən keçməli və 14 gün ərzində COVID-19 simptomlarına özləri nəzarət etməli olduqlarını bildirib.

XS
SM
MD
LG