Accessibility links

ABŞ-ın Tibb İşçilərinin Həmkarlar İttifaqı yeni qaydalara etiraz edir


ABŞ-ın tibb bacılarının ən böyük həmkarlar ittifaqı Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) tam vaksinasiyadan keçmiş insanların əksər yerlərdə maska taxmalarına ehtiyac olmadığını açıqlamasına etiraz edib.

"CDC-nin son qaydaları elmə əsaslanmır, ictimai sağlamlığı qorumur və ölkədəki xəstələrin, tibb bacılarının və digər tibb işçilərinin həyatını təhdid edir" - deyə, Milli Tibb Bacıları qurumunun (NNU) icraçı direktoru Bonni Kastillo bildirib.

Onun dediyinə görə, indi qoruyucu tədbirlərin rahatlaşdırılması vaxtı deyil və biz ən ölümcül pandemiyanın ortasındaykən CDC-nin bunu etdiyinə görə qəzəbləndik.

NNU prezidenti Jan Ross bildirib ki, CDC bu ölümcül virusun necə ötürüldüyünə dair elmə əsalansa idi, bu yeni açıqlama heç vaxt verilməzdi.

Həmkarlar İttifaqı Əməyin Təhlükəsizliyi və Sağlamlıq İdarəsini infeksiya xəstəlikləri ilə bağlı “təxirə salınmadan” təcili müvəqqəti standart hazırlamağa çağırıb.

ABŞ-ın səhiyyə rəsmilərinin dediyinə görə, koronavirusa qarşı peyvəndin tam dozasını alan insanlar maskasız gəzə və əksər sosial mühitlərdə sosial məsafəni qorumaya bilər.

Lakin xəstəxanalarda, həbsxanalarda, evsizlərin sığınacaqlarında və bütün ictimai nəqliyyat növlərində maska taxmaq tələb olunur.

Hamımız bu anı - normal həyatın bəzi məqamlarına qayıtmaq zamanını gözləyirdik" - deyə, Xəstəliklərə Nəzarət Mərkəzlərinin direktoru, doktor Roşel Valenski bildirib.

ABŞ-da Hindistanla müqayisədə COVID-19-a ümumi yoluxma halları daha çoxdur. Lakin səhiyyə rəsmiləri Hindistanda koronavirusa yoluxanların sayiının düzgün hesablanmadığını düşünür.

Dünyanın ən böyük peyvənd istehsalçısı olan Serum İnstitutunun Hindistanda yerləşməsinə baxmayaraq, peyvənd çatışmazlığı və onların istehsalı üçün lazım olan xammal çatışmazlığı bu Cənubi Asiya ölkəsindəki böhranı daha da dərinləşdirir. 1,3 milyard əhalisi olan Hindistanda indiyə qədər peyvənd 3 faizdən az insana tətbiq edilib.

Hindistanda gündəlik yeni COVID infeksiyasısına yoluxma sayı azalma tendensiyasını davam etdirir, lakin rəqəmlər hələ də təhlükəlidir.

Bazar günü Səhiyyə Nazirliyi əvvəlki 24 saatlıq ərzində 311 170 yeni yoluxma və 4077 ölüm halının qeydə alındığını bildirib.


XS
SM
MD
LG