Accessibility links

CDC: Omikron sürətlə artır, xəstəlikdən ağırlaşmalar azalır


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tədqiqatçıları yüksək yoluxuculuğuna baxmayaraq, koronavirusun omikron variantının yayılması nəticəsində daha az ağır xəstəliklərin olduğunu açıqlayıb.

Federal səhiyyə agentliyinin bu həftə açıqladığı bir araşdırma göstərib ki, omikron artımının zirvəsi hesab edilən dövrdə, yəni dekabrın 19-dan yanvarın 15-dək reanimasiya şöbələrinə qəbul edilən xəstələrin sayı delta variantı ilə müqayisədə təxminən 26% azdır. Həmçinin qış aylarında yeni COVID-19 infeksiyaları ötənilki ilə müqayisədə 29% azalıb.

CDC araşdırması omikron dövründə yoluxmuş xəstələr üçün orta xəstəxanada qalma müddətinin təxminən 5,5 gün olduğunu, delta ilə isə bu göstəricinin 7,6 gün olduğunu göstərib. Araşdırmaya əsasən, ötən il qış aylarıdakı sıçrayış zamanı bu rəqəm təxminən səkkiz günə bərabər olub.

Tədqiqatçılar deyirlər ki, omikron artımı zamanı ağır COVID-19 hadisələrinin sayının azalması bir neçə amillə, o cümlədən peyvənd edilmiş və gücləndirici doza vurulan amerikalıların çoxluğu və əvvəlki infeksiyalardan artan immunitet səviyyələri ilə əlaqədardır.

Lakin omikron variantı ABŞ-da rekord sayda gündəlik infeksiya və xəstəxanaya yerləşdirmələrə səbəb olub, bir çox xəstəxana sistemini qırılma nöqtəsinə gətirib. Gündəlik ölüm sayları isə 2 mindən çoxdur.

XS
SM
MD
LG