Accessibility links

14 israilli girovun azad edilməsi gecikdirilir; HƏMAS Qəzzaya daha çox humanitar yardım tələb edir


Fələstinli militant qrupu HƏMAS-ın silahlı qolu şənbə günü bildirib ki, ikinci qrup girovların sərbəst buraxılması İsrail Qəzzanın şimalına daha çox yardım yük maşının daxil olmasına icazə verənə qədər təxirə salınacaq.

Bu xəbər HƏMAS döyüşçülərinin İsrailin saxladığı 42 fələstinli məhbusun müqabilində 14 israilli girovu azad edəcəyi gözlənildiyi bir vaxta təsadüf edib.

İsrailin baş naziri Beynamin Netanyahu əvvəllər Twitter kimi tanınan X sosial media platformasında yazıb ki, o, şəraitdən asılı olmayaraq bütün girovları geri qaytarmaq qətiyyətindədir.

“Biz girovların ilk qrupunun qaytarılmasını yenicə başa çatdırdıq. Uşaqlar, onların anaları və başqa qadınlar. Onların hər biri bir dünyadır. Amma mən sizə, ailələrə və sizə, İsrail vətəndaşlarına vurğulayıram ki, biz bütün girovları qaytarmağa sadiqik. Bu, müharibənin məqsədlərindən biridir və biz müharibənin bütün məqsədlərinə çatmağa sadiqik,” o deyib.

BMT-nin BMT-nin fövqəladə yardım üzrə koordinatoru Martin Griffits cümə günü “humanitar fasilənin bu ilk günündən sonra daha çoxunun gələcəyinə və bunun Qəzza, İsrail xalqının xeyrinə daha uzunmüddətli humanitar atəşkəsə gətirib çıxaracağına” dair ümidini ifadə edib.

Fasilə BMT-yə Qəzzaya humanitar yardımını artırmağa imkan verib. Cümə günü Nitzanadan Rəfah keçidinə 200 yük maşını göndərilib və Qəzzada qəbul nöqtəsində BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım Agentliyi tərəfindən 137 yük maşını mal endirilib.

Misirdən Rəfah keçidi vasitəsilə Qəzza zolağında BMT-nin humanitar yardım təşkilatlarına dörd çən yanacaq və dörd çən qaz aparılıb. Yanacaq və qaz Qəzza zolağında vacib humanitar infrastrukturun istismarı üçün nəzərdə tutulub”.

Minlərlə Qəzza sakini ictimai sığınacaqları və müvəqqəti düşərgələri tərk edərək, evlərinə baş çəkməyə gedib.

Kiçik Qəzza zolağında yaşayan 2.3 milyon insan üçün demək olar davamlı hava və artilleriya zərbələrində fasilə ilk dəfə təhlükəsiz şəkildə hərətək etməyə, dağıntıları qiymətləndirmək və Qəzzaya axan humanitar yardıma çıxış axtarmağa imkan yaradıb. .

İsrail, fələstinli militant qruplar, Qətər, Misir və Birləşmiş Ştatların vasitəçiliyi ilə danışıqlarda əldə olunan razılığın bir hissəsi olaraq döyüşlərə fasilə verildiyi müddətdə HƏMAS-ın ən azı 50 girovu, İsrailin isə 150 fələstinli məhbusu azad edəcəyi gözlənilir.

Londonda nümayiş

Britaniya polisi şənbə günü Londonda fələstinlilərə dəstək nümayişi zamanı bir etirazçını irqi düşmənçiliyi qızışdırmaqda şübhəsi ilə həbs edib.

“Zabitlər onun əlində nasi simvolları olan plakat daşıdığını görüblər,” polis deyib.

On minlərlə insan Londonun mərkəzi küçələrinə axışaraq Qəzzada daimi atəşkəsə çağırış edib. Fələstin Həmrəylik Kampaniyası üçün 1500-dən çox polis xidmətə çağırılıb.

Sərbəst buraxılan girovlar

Cümə günü axşam aralarında yaşları 2 ilə 85 arasında olan 13 israilli qadın və uşaq da daxil olmaqla 24 girov sərbəst buraxılıb. Bundan əlavə, Qətər hökumətinin məlumatına görə, HƏMAS 10 Tayland vətəndaşı və bir filippinlini də azad edib.

Bu arada isə İsrail hökuməti həbs edilən və ya saxlanılan 39 fələstinli qadın və kişi yeniyetməni sərbəst buraxıb.

İsrail bildirib ki, HƏMAS hər gün ən azı 10 girov buraxsa, atəşkəs ilkin dörd gündən daha uzun müddət davam edə bilər. Qətər sözçüsü deyib ki, Doha atəşkəsin dördüncü gününədək Qəzzadan daha çox girovun buraxılmasını təmin etmək üçün başqa razılığa vasitəçilik etməyə ümid edir.

ABŞ prezidenti Co Bayden cümə günü verdiyi açıqlamada deyib ki, müharibənin müvəqqəti dayandırılmasının uzadılması üçün "şanslar realdır." O əlavə edib ki, itkin düşənlər arasında iki amerikalı qadın və 4 yaşlı amerikalı uşaq qalır.

“Beynəlxalq Qırmızı Xaç Komitəsindən komandalar cümə günü Qəzzada saxlanılan girovların azad edilməsi və transferi və fələstinli məhbusların srəbəst buraxılması və İordan çayının qərb sahilinə təhvil verilməsini asanlaşdırmaq üçün çoxgünlük əməliyyat keçirməyə başlayıb. Əməliyyata Qəzzaya əlavə, çox ehtiyac duyulan humanitar yardımın çatdırılması daxil olacaq,” Beynəlxalq Qırmızı Xaç Komitəsi Qətər-in vasitəçilik etdyi dörd-günlük atəşkəslə bağlı bəyanatında bildirib.

Cümə günü Misirin dövlət Əl-Qahirə televiziyasında sərəbəst buraxılan girovları Qəzzadan Rəfah keçid məntəqəsindən Misirə aparan təcili tibbi yardım maşınları göstərilib.

Onların sərbəst buraxılmasının ardınca İsrail baş naziri Benyamin Netanyahu deyib ki, “Biz girovların ilk qrupunun qaytarılmasını yenicə başa çatdırdıq. Uşaqlar, onların anaları və başqa qadınlar. Onların hər biri bir dünyadır.”

“Amma mən sizə, ailələrə və sizə, İsrail vətəndaşlarına vurğulayıram ki, biz bütün girovları qaytarmağa sadiqik,” o deyib.

Tel-Əvivdə israillilər bu xəbəri, İordan çayının qərb sahilində Beitunda şəhərində isə yüzlərlə fələstinli fələstinli məhbusların sərbəst buraxılmasını qeyd edib.

HƏMAS da öz Telegram kanalında qüvvələrinin hücumlarına fasilə verəcəyini təsdiqləyib. Qrup ABŞ, Böyük Britaniya, Aİ və başqaları tərəfindən terror təşkilatı elan edilib.

Sərbəst buraxılan girovların müalicəsi

İsrailin ictimai səhiyyə rəsmisi Dr. Hagai Levin deyib ki, bəzi yaşlı girovların şəkərli diabet kimi xroniki xəstəlikləri var. Uşaqlar, demək olar, yeddi həftədir gün işığı görməyib.

“Biz bilmirik, biz hazır olmalı, ən yaxşısına ümid etməli və ən pisinə hazırlaşmalıyıq,” Levin deyib. “Ona görə də biz İsraildə onların ehtiyaclarını qarşılamağa, hazır olmalıyıq, vahid yanaşmamız olmalıdır, girovların bəziləri ağır yaralanıb, ətrafları amputasiya edilib, əlləri və ya ayaqları kəsilib, güllə yaraları var, biz onların müalicə olunub-olunmadıqları və ya necə müalicə olunduqlarını bilmirik.”

Associated Press xəbər verir ki, İsrailin Şnayder Uşaq Tibb Mərkəzində azad edilən səkkiz israilli girov - dörd uşaq və dörd qadın müalicə olunur. Tibb mərkəzinin məlumatına görə, onların hamısının fiziki vəziyyəti yaxşıdır.

Qəzza sakinlərinə yardım

Fələstinlilər üçün atəşkəs İsrailin HƏMAS-a bağlı səhiyyə nazirliyinin dediyinə görə, 14 mindən çox fələstinlinin ölümünə səbəb olan təxminən yeddi həftəlik hava hücumlarına möhlət deməkdir.

Save the Children təşkilatının İordan çayının qərb sahili üzrə direktoru Ceyson Li deyib ki, Qəzzada uşaqlar hədsiz dərəcədə təsirlənib.

“İndi elə bir vəziyyət var ki, hər 10 dəqiqədə bir uşaq öldürülür” Li deyib. "Yaralanan mülki şəxslərin sayı da artır. 30,000-dən çox mülki şəxs yaralanıb və bu, münaqişənin asimmetriyasından xəbər verir. Demək olar ki, 70 faiz, yəni hər 10 nəfərdən yeddisi qadın və ya uşaqdır.”

İsrail Qəzzaya böyük miqdarda humanitar yardımın çatdırılması icazə verəcəyini bildirib.

Hər iki tərəf mübarizəni davam etdirməyə söz verir

İsrail Qəzzanın şimalında döyüşlərdən qaçan sakinlərə evlərinə qayıtmamaq barədə xəbərdarlıq edən vərəqələr atıb, çünki atəşkəs müddəti bitdikdən sonra döyüşlərin yenidən başlayacağı gözlənilir.

HƏMAS-ın silahlı qanadının sözçüsü cümə axşamı İsraillə hərbi əməliyyatları gücləndirməyə çağırıb.

İzz əl-Din əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubaida Al Jazeera televiziyasında yayımlanan çıxışında, "Biz İordan çayının qərb sahilində və bütün müqavimət cəbhələrində işğala qarşı qarşıdurmanı gücləndirməyə çağırırıq" deyib.

İsrail ordusu cümə axşamı bildirib ki, son bir gündə HƏMAS-ın 300 hədəfinə, o cümlədən militant qrupun istifadə etdiyi tunellərə, anbarlara və tank əleyhinə mövqelərinə qarşı havadan zərbələr endirib. Ordu sözçüsü deyib ki, qoşunlar dayandırmaq əmri alana qədər əməliyyatlar davam edəcək.

İsrail baş naziri Beynamin Netanyahu HƏMAS-ın gələcəkdə İsrailə hücum edə bilməməsini təmin etməyə söz verib. O, çərşənbə günü mətbuat konfransında deyib ki, atəşkəs rejimindən sonra İsrail ordusu Qəzzadakı kampaniyasını davam etdirəcək.

“Mən açıq olmaq istəyirəm. Müharibə davam edir. Müharibə davam edir. Biz məqsədlərimizə çatanadək onu davam etdirəcəyik,” Netanyahu deyib.

İsrail HƏMAS-ı məhv etmək üçün hərbi kampaniyasına ABŞ-ın terror qruplaşması kimi tanıdığı qrupun oktyabrın 7-də İsrailə hücum etməsindən sonra başlayıb. İsrail həmin gün 1200 insanın öldürüldüyünü və 240-a yaxın girovun Qəzzaya aparıldığını bildirib.

Birləşmiş Millətlər Təşkilatı Qəzzada 1,7 milyondan çox insanın, o cümlədən 945,000 nəfərin BMT-nin idarə etdiyi sığınacaqlarda qaldığını bildirib

Forum

XS
SM
MD
LG