Accessibility links

Cocuq Mərcanlı kəndində bərpa işləri başlayıb

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Bakıdan 380 kilometr cənub-qərbdə yerləşir.

Bu kənd 1993-cü ildə erməni hərbi birləşmələrinin nəzarətinə keçib, 1994-cü ildə azad edilib. Ancaq, kəndin yaxınlığında yerləşən Lələtəpə yüksəkliyi erməni hərbi qüvvələrinin nəzarətində olduğundan Cocuq Mərcanlıya sakinləri qayıda bilməyib. Həmin yüksəklik 2016-cı ilin aprel döyüşlərində geri alınıb.

Fevralın 7-də bir qrup xarici jurnalist kənddəki mövcud durumla tanış olub.

Müharibənin ağır izləri kənddə açıq görünür. Bütün kənd viran qoyulub, bir dənə dağıdılmamış ev qalmayıb. Qarabağ münaqişəsi başlayanadək burada 283 ev, 1075 nəfər sakin var idi.

Hazırda Azərbaycan hökuməti Cocuq Mərcanlıda bərpa işlərinə başlayıb. Artiq kəndin 10 hektar ərazisini Azərbaycan Ərazliərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik minalardan təmizləyir.

Daha çox yüklə

XS
SM
MD
LG