Accessibility links

ABŞ-ın Azərbaycandakı səfirliyinin hərbi atteşesi Alxanlı kəndində baş verən hadisəyə münasibət bildirib [Video]


"Bütün Amerika onların ailələri ilə bilrikdə hüzn içindədir".

Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin hərbi atteşesi James Tomson deyib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli regiona sülhün, mülki əhali üçün təhülkəsizlik və sabitliyin təmin olunması üçün ideal yoldur.

J.Tomson hadisə yeri ilə tanış olmaq üçün hərbi atteşələri bura dəvət etdiyi üçün Azərbaycan hökümətinə təşəkkürünü bildirib.

Bu gün hərbi attaşelər və xarici KİV nümayəndələri Füzuli rayonunun Alxanlı kəndində erməni silahlılarının yaraladığı Sərvinaz Quliyevaya baş çəkdikdən sonra erməni təxribatı nəticəsində həlak olmuş Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2016-cı il təvəllüdlü Zəhra Quliyevanın qəbirlərini ziyarət edib, onların ailə üzvləri və kənd sakinləri ilə görüşüblər.

Daha sonra səfər iştirakçıları Alxanlı kəndində hadisənin baş verdiyi əraziyə baxış keçiriblər.

Səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, Amerikanın Səsi, “İnterfax”, “BBC” və digər xarici KİV nümayəndələri, habelə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatı da var.

Qeyd edək ki , Azərbaycanın müdafiə nazirliyinin məlumatına görə Ermənistan Silahlı Qüvvələri iyulun 4-də axşam saat 20:40-da Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub.

Nəticədə iki dinc sakin həlak olub. Bunlar kənd sakinləri 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və 2015-ci il təvəllüdlü -17 aylıq-Zəhra Quliyevadır.

Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva isə hərbi hospitala çatdırılaraq əməliyyat olunub.

Azərbaycanın müdafiə nazirliyi hadisəylə bağlı beynəlxalq qurumların məlumatlandırıldığını, görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəfin susdurulduğunu bildirir.

Qarşı tərəf isə bu hadisəni təkzib edir.

ABŞ səfirliyinin attaşesi: Bütün Amerika həlak olan azərbaycanlıların ailələri ilə bilrikdə hüzün içindədir
please wait

No media source currently available

0:00 0:01:37 0:00

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG