Accessibility links

Yeni Müdafiə Naziri cəbhə bölgəsinə gedib


Yeni Müdafiə Naziri cəbhə bölgəsinə gedib
Yeni Müdafiə Naziri cəbhə bölgəsinə gedib

Səfər şəxsi heyətlə görüş və hərbi hissələrlə tanışlıq xarakteri daşıyır

Azərbaycanın yeni Müdafiə naziri general-polkovnik Zakir Həsənov və birinci müavini Nəcməddin Sadıkov cəbhə bölgəsinə noyabrın 7-də səfər ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə səfər şəxsi heyətlə görüş və hərbi hissələrlə tanışlıq xarakteri daşıyır.

Döyüş bölgəsində yerləşən hərbi hissələrə baş çəkilib, mövcud vəziyyətlə tanış olunub, təmas xəttində döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirilib.

Təmas xəttində olan bölmələrin döyüş qabiliyyəti, əsgərlərin mənəvi-psixoloji durumu və onların sosial şəraiti, zabit və gizir heyətinin hazırlıq səviyyəsi, hərbi birləşmələrin maddi-texniki təminatı, silah və sursatla təchizatının vəziyyəti öyrənilib.

Komandir heyətinin məruzə və təklifləri dinlənilib, döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, həmçinin hərbi qulluqçuların sosial şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar tapşırıqlar verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG