Accessibility links

Müdafiə naziri Ermənistanla sərhədboyu zonada hərbi hissələrdə olub


Müdafiə naziri Zakir Həsənov ön cəbhədə
Müdafiə naziri Zakir Həsənov ön cəbhədə

Azərbaycanın müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu (Bakıdan 420 kilometr qərb) istiqamətindəki bölmələrdə olan müdafiə naziri üzbəüz yerləşən erməni mövqelərini müşahidə edib.

Müdafiə naziri Zakir Həsənov ön cəbhədə
Müdafiə naziri Zakir Həsənov ön cəbhədə

Mətbuat xidməti bildirir ki, “dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttindəki bölmələrdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazirə əməliyyat şəraiti barədə məruzə edilib. Səngərlərdə döyüş növbətçiliyini yoxlayan müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb”.

Nazirə bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.

Müdafiə naziri Zakir Həsənov ön cəbhədə
Müdafiə naziri Zakir Həsənov ön cəbhədə

Müdafiə naziri hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Mətbuat xidmətinin məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən həmsərhəd kəndlərdən birində yerli sakinlərlə görüşərək, yaşayış məntəqələrimizin müdafiəsinin və əhalinin təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə edib.

XS
SM
MD
LG