Accessibility links

Cəbhə xəttində Azərbaycanın yaşayış məntəqəsinin atəşə tutulması ilə bağlı mətbuat konfransı keçirilib [Video]


Cəbhə xəttində Azərbaycanın yaşayış məntəqəsinin atəşə tutulması ilə bağlı mətbuat konfransı keçirilib
please wait

No media source currently available

0:00 0:04:45 0:00

İki mülki şəxs həlak olub

Azərbaycan Xarici İşlər Nazirliyində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində iki mülki vətəndaşın cəbhənin ermənilər tərəfindən açılan atəşlə həlak olması ilə bağlı Xarici İşlər Nazirliyinin, Baş Prokurorluğun və Müdafiə Nazirliyinin mətbuat xidmətlərinin rəhbərlərinin birgə mətbuat konfransı keçirilib.

Müdafiə Nazirliynin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, erməni tərəfi 82 və 120 millimetrlik minaatan və qumbaraatanlardan istifadə etməklə, Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutub.

O, Ermənistan tərəfinin Azərbaycan Silahlı Qüvvələrinin dinc əhalidən guya sipər kimi istifadə etməsi və Azərbaycanın ABŞ istehsalı olan reaktiv sistemlərdən istifadə etməsi barədə xəbərlərini təkzib edib.

Dərgahlı baş verən hadisəyə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyət daşıdığını bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mülki vətəndaşların öldürülməsi ilə bağlı Füzuli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 7 maddəsi ilə cinayət işi başlandığını deyib. Onun sözlərinə görə, həlak olmuş mülki şəxslərin bədənlərində qumbaraatan mərmilərin qəlpələri aşkar edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəru Hikmət Hacıyev deyib ki, mülki insanların öldürülməsi ilə bağlı beynəlxalq qurumlar xəbərdar edilib. Artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinə, ATƏT-in fəaliyyətdə olan sədrinə məlumat verilib. Xarici işlər naziri həmsədrlərlə və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Kaspşiklə danışıb. Azərbaycanın ciddi narahatlığı həmsədrlərin diqqətinə çatdırılıb.

O, Amerikanın Səsinin müxbirnin baş verən hadisədən sonra iyulun 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün baş tutub-tutmaması ilə bağlı sualının cavabında deyib ki, Azərbaycan münaqişənin həlli üzrə substantiv danışıqların tərəfdarıdır.

“Münaqişənin həlli üçün ilk öncə Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazilərini tərk etməlidir”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG