Accessibility links

"İyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub." Bu barədə Azərbaycan Müdafiə Nazirlyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, cəbhənin Füzuli-Xocavənd istiqamətində Azərbaycan qoşunlarının həyata keçirdiyi fəaliyyət nəticəsində, ilkin məlumata görə, erməni tərəfinin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq "bərpa olunmaz" vəziyyətə salınıb.

“Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və qismləri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib.
Hazırda bütün cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır,” Azərbaycan Müdafiə Nazirliyi bildirir.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən bildirir ki, iyulun 7-də Azərbaycan Ordusu müxtəlif çaplı silahlardan, o cümlədən D-44 toplarından və tank əleyhinə dəzgahlı qumbaraatanlardan atəş açıb.

Erməni tərəfi 3 hərbçisinin yaralandığını bildirir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG