Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhədə gərginliklə bağlı bəyanat verib


ATƏT-in Minsk qrupunun həmsədrləri (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)
ATƏT-in Minsk qrupunun həmsədrləri (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)

ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhə xəttində artan gərginliklə bağlı sentyabrın 25-də birgə bəyanatla çıxış edib.

Sənəddə deyilir:

"ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov - Rusiya, Ceym Uorlik - ABŞ və Piyer Andryu - Fransa) və ATƏT-in Sədrinin Şəxsi Nümayəndəsi Anjey Kasprzik Azərbaycan və Ermənistan hərbi qüvvələrinin mülki şəxslərin yaşadığı ərazilərdə minaatanlandan və ağır silahlardan istifadə etməsindən ciddi narahatdır. Bu kimi silahların istifadəsi münaqişənin qəbulolunmaz gərginləşməsi deməkdir.

Biz Azərbaycan və Ermənistan sərhədində və təmas xəttində hər iki tərəfdən həyatlarını itirənlərin ailələrinə başsağlığı veririk və tərəfləri mülki əhali arasında itkilərə yol verməməyə çağırırıq.

Tərəflər Cenevrə Konvensiyası çərçivəsində üzərinə mülki şəxslərin təhlükəsizliyinin təminatına dair ohdəlik götürüblər.

Təəssüf edirik ki, sözü gedən insidentlər məhz Nyu Yorkda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin razılaşdırılmış görüşü ərəfəsində baş verimişdir. Biz xarici işlər nazirlərinin gərginliyin artması və münagişənin həlli ətrafında olan digər məsələləri müzakirə etməsini gözləyirik. Tərəflərin bir birlərini zorakılıqda təqsirləndirdiyi halda biz gərginliyin necə qaynaqlandığını müəyyən edə bilmirik. Tərəflər prezidentlərin müzakirə etdikləri ATƏT-in araşdırma mexanizmləri istiqamətində işləməlidirlər.

Biz gərginliyin azaldılması və davamlı sülhün təminatı üçün tərəflərlə ən yüksək səviyyədə işimizi davam edəcəyik", sənəddə qeyd edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG