Accessibility links

Çeçen dissidentini qətlə yetirməkdə şübhəli bilinənlərin məhkəməsi Avstriyada işinə başlayıb


Çeçen dissidentini qətlə yetirməkdə şübhəli bilinənlərin məhkəməsi Avstriyada işinə başlayıb
Çeçen dissidentini qətlə yetirməkdə şübhəli bilinənlərin məhkəməsi Avstriyada işinə başlayıb

Vyana şəhərinin küçəsində çeçen dissidentini qətlə yetirməkdə şübhəli bilinən 3 çeçenin məhkəməsi bu gün Avstriyada işinə başlayıb. Avstriya prokurorları və insan haqları fəalları 2009-cu ilin yanvar ayında Ömər İsrailovun qətlində Çeçenistanın Kremlyönümlü prezidenti Ramzan Kadırovun əli olduğunu deyirlər.

27 yaşlı Ömər İsrailov Vyanaya qaçmazdan əvvəl Çeçenistan prezidentinin təhlükəsizlik xidmətində işləyirdi. Digər ittihamlarla yanaşı qətl hadisəsində də əli olduqları deyilən 3 çeçenin məhkəməsi güclü təhlükəsizlik şəraitində keçirilir. İsrailovu güllə ilə vuran dördüncü şəxs isə hələ də axtarışdadır.

XS
SM
MD
LG