Accessibility links

Təbriz həbsxanasında saxlanılan iki türk fəal məzuniyyətə çıxıb


Cəfər və Milad İsmayılzadə
Cəfər və Milad İsmayılzadə

Təbriz həbsxanasında saxlanılan milli fəallar Cəfər İsmayılzadə və oğlu Milad İsmayılzadənin bu günlərdə məzuniyyətə buraxıldığı bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, “Təbriz Mərkəzi Həbsxanasında 6 aylıq həbs müddətini keçirən ata və oğul İsmayılzadələr üç günlük məzuniyyətdən sonra həbsxanaya qaytarılacaqlar.”

İki fəal 2019-cu ilin may ayında İslam İnqilabı Qvardiyasının (Sepah) təhlükəsizlik qurumu tərəfindən saxlanılıb, 5 gün sorğu-sual edildikdən sonra 50 milyon tümənlik mülki zəmanət qarşılığında sərbəst buraxılmışdılar.

İsmayılzadələr daha sonra “bölücü elanlar yayıb və ümumi məkanların lövhələri üzərində şüarlar yazaraq İran İslam Respublikasının müqəddəs nizamına qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamı ilə mühakimə edildilər.

Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi keçən ilin avqust ayında iki türk fəalı 6 ay həbsə məhkum etdi. İsmayılzadələrin şikayətinə baxan Şərqi Azərbaycan vilayətinin apellyasiya məhkəməsi isə hökmün qüvvədə saxlanılmasına dair qərar çıxardı.

Milli fəallar keçən iyun ayının 6-da Təbriz məhkəməsinin icra şöbəsinin məmurları tərəfindən nəzarət altına alaraq həbsxanaya aparıldılar..

Cəfər İsmailzadə İran Kikboksinq Federasiyasının rəsmi hakim və məşqçisidir. Oğlu Milad İsmailzadə isə kikboksinq üzrə ölkə və beynəlxalq turnirlərində çempionluq medalları qazanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG