Accessibility links

Ceff Bezos: Ən zəngin amerikalı


Elektron ticarət xidməti "Amazon"un təsisçisi və rəhbəri Ceff Bezos "Forbes 400"ün reytinqində zəngin amerikalıların siyahısına başçılıq edir. 1994-cü ildən indiyədək həmin siyahıda "Microsoft"un yaradıcısı Bill Qeyts birinciliyi əldən vermirdi.

Bununla yanaşı, Bezos 2018-ci ildə dünyanın ən varlı adamı kimi tanınıb. Onun sərvəti 160 milyard dollar həcmində qiymətləndirilir. Reytinqin mövcud olduğu dövrdə birinci dəfədir siyahıdakıların birinin var - dövləti 100 milyard dolları ötür.

Daha öncə C.Bezosu "Bloomberg" dünyada ən varlı adam adlandırmışdı. Agentlik onun sərvətinin 150 milyard dolları ötdüyünü bildirmişdi.

"Amazon" "Apple"dan sonra kapitalı trilyon dolları ötmüş ikinci şirkətdir.

"Forbes 400" reytinqində gəlirlərin artmasına görə ən yaxşı nəticə Twitter-in başçısı Cek Dorsiyə məxsusdur. Onun bir ildə gəliri 186 faiz artıb və 6 milyard dolları ötüb.

Ən pis nəticə Corc Sorosa aiddir. Onun sərvəti 23 milyard dollardan 8 milyard dollara düşüb.

XS
SM
MD
LG