Dünyanın ən zəngin insanı hesab edilən Amazon şirkətinin icraçı direktoru Ceff Bezos National Enquirer qəzetini onun intim şəkillərini və sevgilisinə göndərdiyi çox şəxsi mesajları dərc etməklə hədələyərək, onu şantaj etməkdə və ona qəsb etməkdə təqsirləndirir.
Bezos bloqunda yazıb ki, qəzeti dərc edən American Media, Inc şirkəti Bezosdan şəkillər və mesajları kimlərin sızdırdığı barədə araşdırmaları dayandırmasını tələb edib.
American Media, Inc. həmçinin, Bezosdan National Enquirer-ın ötən ay onun televiziya aparıcısı ilə evlilikdən kənar münasibətləri barədə məqaləsinin siyasi motivli olduğunu danmasını tələb edir.
Bezos həmçinin ABŞ prezidenti tez-tez Donald Trampı tənqid edən Washington Post qəzetinin də sahibidir. American Media, Inc şirkətinin sahibi Deyvid Peker isə Trampın dostudur.
Bezos ötən ay həyat yoldaş ilə boşanmağa qərar verdiklərini söyləyib.
American Media, Inc. Bezosun şantaj ittihamları ilə əlaqədar ictimai bəyanatla çıxış etməyib.