Accessibility links

Ceff Seşşıns: məişət zorakılığı sığınacaq üçün əsas deyil


U.S. Attorney General Jeff Sessions makes a point during his speech at the Western Conservative Summit, June 8, 2018, in Denver.
U.S. Attorney General Jeff Sessions makes a point during his speech at the Western Conservative Summit, June 8, 2018, in Denver.

Baş prokuror Ceff Seşşıns məişət və qanqster zorakılığı qurbanlarının sığınacaq tələbini rədd edəcək.

Sığınacaq almaq üçün tələb olunan kriteriyaların məhdudlaşdırılması ilə on minlərlə insanın Birləşmiş Ştatlara hüquqi yolla daxil olmasının qarşısı alınacaq.

Seşşıns bazar ertəsi deyib ki, “Bir ölkənin müəyyən cinayətlərlə mübarizədə çətinlik çəkməsi və ya müəyyən xalqların cinayət qurbanı olmaq riskinin yüksək olması sığınacaq tələb etməyə əsas ola bilməz.”

“Bütün dünya bizim qaydalarımız nə olduğunu biləcək. Bu səbəblə də çox sayda insan bu təhlükəli yola çıxmayacaq. Qeyri-qanuni mühacirlərin və əsassız iddiaların sayı azalacaq. Mən bu qərarın dqzgün olduğuna inanıram,”o deyib.

Seşşıns deyib ki, immiqrantlar sığınacaq sistemindən sui istifadə edərək, qanun aliliyən xələl gətirir. O həmçinin bu qərarının immiqrasiya hakimlərinə aydınlıqla təmin edəcəyini söyləyib.

Prezident Donald Tramp 2011-ci ildən bəri ABŞ-da sığınacaq alan insanaların sayının 10 qat artdığını söyləyərək, uzun zamandır sığınacaq sisteminin dəyişdirilməsinə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG