Accessibility links

Çelsi Manninq azad edildi


ABŞ ordusunun kəşfiyyat məsələləri üzrə sabiq analitiki Çelsi Manninq WikiLeaks araşdırmaları ilə bağlı münsiflər məhkəməsinə ifadə verməkdən imtina etdiyi üçün 2 ay həbsdə qaldıqdan sonra azad edilib.

Məxfi sənədləri WikiLeaks-ə sızdırma ittihamı ilə 7 il həbs cəzasına məhkum edilən Manninq azadlığa cümə axşamı günü buraxılıb. O, WikiLeaks işi ilə bağlı 62 ittihamla həbs müddətini başa vurub.

Manninqin vəkilləri onun azadlığının qısa sürəcəyindən ehtiyat edir. Həbsxananı tərk etməzdən əvvəl ona mayın 16-da yeni məhkəmə heyəti qarşısında ifadə verməsi üçün çağırış təqdim edilib.

Vəkillər deyir ki, Manninq ifadə verməkdən imtina etsə, daha bir həbslə üzləşə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG