Accessibility links

"Əliyev rejimi iflas dövrünü yaşayır, xalqın dəstəyini itirir"


"Əliyev rejimi iflas dövrünü yaşayır, xalqın dəstəyini itirir
please wait

No media source currently available

0:00 0:13:38 0:00

Azərbaycanda son siyasi durum və son siyasi basqıları şərh edən Azərbaycan Milli Şuranin rəhbəri, tarix elmləri doktoru Cəmil Həsənli deyib ki, ümumiyyətlə Əliyevlərin hakimiyyəti dövründə sərbəst toplaşmaq həmişə problem olub.

“Oğul Əliyevin zamanında insanların azad ifadələrinə görə cərimələrin 30 faiz artırıldığını, inzibati həbs müddətlərinin uzadıldığını qeyd edib.

O, məhdudiyyətlərin yalnız inzibati yollarla edilmədiyini deyib.

“Bütün bunlar hökumətin özbaşınalığının ifadəsidir. Amma hakimiyyətin imtina limiti də böyük deyil. Ona görə də sonuncu mitinqin yerini Lökbatan göstərdilər. Lökbatan şəhər deyil. Nəqliyyat üçün əlverişli məkan deyil. Mitinqi edənlər Bakı şəhərində yaşayır. Lökbatanda yaşamır. Əgər Lökbatan yaxşı yerdirsə, cənab Əliyev Formula-2 oyunlarını niyə orada keçirmir? Şəhərin mərkəzini niyə bağlayır? Biz bundan imtina etdik və oktyabrın 8-də piket keçirdik. Hökumətin məqsədi 50 nəfərlik insanin iştiraki ilə piket keçirilməsinə icazə verməklə Azərbaycanda sərbəst toplaşmaq hüququnun olduğunu göstərmək idi. Əslində, bunun arxasında oyun dayanırdı. Lakin millətin, əhalinin, narazı elektorat və minlərlə adamın müxalifətə dəstəyini bildirməsi mitinq effektindən də daha güclü oldu” - deyə, Cəmil Həsənli bildirib.

O, Əliyev rejiminin iflas dövrünü yaşadığını, xalqın dəstəyini itirdiyini deyib.

Amerika səfərinə gəlincə isə Cəmil Həsənli bu dəfə səfərinin daha çox elmi deyil, siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

O, müxtəlif təşkilatlarla Azərbaycanda insan haqları, sosial-iqtisadi durum, siyasi məhbuslar və digər məsələlər istiqamətində, Azərbaycanın ehtiyacı olduğu demokratik təsisatların bərqərar edilməsi istiqamətində müzakirələr keçirdiyini bildirib.

Milli Şuranın rəhbəri qeyd edib ki, məqsəd Azərbaycanda demokratiyaya dinc keçidin yollarını axtarmaqdır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG