Accessibility links

Cəmil Həsənli ödənişli efir vaxtından istifadə etmək üçün İTV-yə müraciət edib


Cəmil Həsənli
Cəmil Həsənli
Milli Şuranın (MŞ) prezidentliyə namizədi Cəmil Həsənli Seçki Məcəlləsinə uyğun olaraq “İctimai” TV-nin ödənişli efir vaxtından istifadə etmək üçün 23 sentyabr tarixdə İTV-yə müraciət edib.

Bu barədə Amerikanın Səsinə prezidentliyə namizədin mətbuat xidmətindən bildirblər.

C.Həsənlinin səlahiyyətli nümayəndələri Elman Fəttah və Məcid Məcidli ödənişli efir vaxtının ayrılması ilə bağlı müqavilə baglamaq üçün bu gün ITV-nin direktor muavini ilə görüşüblər.

Direktor müavini bildirib ki, Seçki Məcəlləsinin 80.4 və 81.4- cü maddələrinə əsasən, ödənişli efir vaxtının ayrılması ilə bağlı müddət bitdiyindən Cəmil Həsənli üçün ödənişli efir vaxtı ayrılmayacaq.

Namizədin adı çəkilən nümayəndələri 23 sentyabr tarixdə İTV-nin buraxılış məntəqəsində qeydiyyatdan keçərək, aidiyyatı şəxslərlə görüşmək üçün 2 saat TV-də olublar. Lakin bu müddət ərzində onlarla heç kim görüşməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG