Demokratik Qüvvələrin Milli Şurasının yeni vahid namizədi Cəmil Həsənli Milli Şura qarşısında çıxış edib. Çıxışın tam video yazısını təqdim edirik.
Çıxışdan seçmələr:
- Gedəcəyimiz yol tarixilik baxımından Rəsulzadə, günümüz baxımından Elçibəy yoludur.
- Bu zalda prezident seçkilərində məndən artıq da iştirak etməyə layiq adamlar var. İstəyirəm ki onlar haqqını halal etsin. Onlar bu yolda əziyyət çəkiblər, Azərbaycan müxalifətin bütün ağırlıqlarını öz çiyinlərində aparıblar, məhrumiyyətlərə dözüblər. Nəinki özləri, yaxınları, övladları, qohumları məhrumiyyətlərə məruz qalıb.
- Azərbaycanda müxalifət olmaq çox çətindir, çox ağırdır, çox təhlükəli bir yoldur. Müxalifətçilik fikrini bu günədək yaşadan adamlara eşq olsun.
- Ötən əsrin 90-cı illərində başlanmış hərəkat zəminində prosesimizi davam etdirəcəyik. Demokratik qüvvələrin 2003-cü ildə qazandığı qələbəni tamamlamağa çalışacağıq.
- Mən Sizə arxalanaraq, xalq böyük məfhumdur, amma xalqın böyük bir müxalif fikrin daşıyıcısı olan bazası ki var, ona arxalanaraq bu yolu gedəcəm.
- Gedəcəyimiz yol asan deyil, Biz kriminal bir rejimlə qarşı-qarşıya gedirik. Bunun çox böyük çətinlikləri var. Heç bir yerdə kriminallaşmış rejimlər seçki ilə hakimiyyətdən getmək ənənəsini qəbul etmirlər və buna riayət etmirlər. Amma bu gün hakimiyyətin qarşısında tək müxalifət deyil, müxalif düşüncənin geniş dairəsini əks etdirən xalq dayanıb.
- Hakimiyyət qarşısında güc hesab etməlidir. Hakimiyyət nəhayət ki, xalqın səsi ilə hesablaşmaq (tərgitdiyi bu gücü) gücünü hiss etməlidir. Azərbaycan xalqının böyük konstitusion haqqını özünə qaytarmağa çalışmalıyıq, bu da hakimiyyətin mənbəyi xalqdır ifadəsidir.
- Mənim üzərimə ağır missiya qoyursunuz. Sizin köməyinizə arxalanaraq bu yolu getməyə qərarlıyam.
- Biz ədalət uğrunda mübarizə aparan və öz vicdanımızın əsiri olan adamlarıq. Bu günki narazılıqlar, dünyanı bürümüş narazılıqlar, çörək narazılıqları deyil, ədalət uğrunda narazılıqlardır. Azərbaycandakı narazılıqlar da bunun bir hissəsidir.
- Biz birlikdə bu ağır yolu gedəcəyik. Biz millətin diriliyinin ifadəçisi olmağımızı ortaya qoyacağıq.
Çıxışdan seçmələr:
Gedəcəyimiz yol tarixilik baxımından Rəsulzadə, günümüz baxımından Elçibəy yoludur.
- Bu zalda prezident seçkilərində məndən artıq da iştirak etməyə layiq adamlar var. İstəyirəm ki onlar haqqını halal etsin. Onlar bu yolda əziyyət çəkiblər, Azərbaycan müxalifətin bütün ağırlıqlarını öz çiyinlərində aparıblar, məhrumiyyətlərə dözüblər. Nəinki özləri, yaxınları, övladları, qohumları məhrumiyyətlərə məruz qalıb.
- Azərbaycanda müxalifət olmaq çox çətindir, çox ağırdır, çox təhlükəli bir yoldur. Müxalifətçilik fikrini bu günədək yaşadan adamlara eşq olsun.
- Ötən əsrin 90-cı illərində başlanmış hərəkat zəminində prosesimizi davam etdirəcəyik. Demokratik qüvvələrin 2003-cü ildə qazandığı qələbəni tamamlamağa çalışacağıq.
Heç bir yerdə kriminallaşmış rejimlər seçki ilə hakimiyyətdən getmək ənənəsini qəbul etmirlər və buna riayət etmirlər.
- Gedəcəyimiz yol asan deyil, Biz kriminal bir rejimlə qarşı-qarşıya gedirik. Bunun çox böyük çətinlikləri var. Heç bir yerdə kriminallaşmış rejimlər seçki ilə hakimiyyətdən getmək ənənəsini qəbul etmirlər və buna riayət etmirlər. Amma bu gün hakimiyyətin qarşısında tək müxalifət deyil, müxalif düşüncənin geniş dairəsini əks etdirən xalq dayanıb.
- Hakimiyyət qarşısında güc hesab etməlidir. Hakimiyyət nəhayət ki, xalqın səsi ilə hesablaşmaq (tərgitdiyi bu gücü) gücünü hiss etməlidir. Azərbaycan xalqının böyük konstitusion haqqını özünə qaytarmağa çalışmalıyıq, bu da hakimiyyətin mənbəyi xalqdır ifadəsidir.
Biz ədalət uğrunda mübarizə aparan və öz vicdanımızın əsiri olan adamlarıq.