Accessibility links

Cəmil Həsənlinin imza vərəqləri MSK-ya təqdim ediləcək


Cəmil Həsənli
Cəmil Həsənli

Cəmil Həsnlinin namizədliyinin qeydə alınması üçün 45 min seçici imzası toplanıb

Sentyabrın 7-də Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin imza vərəqələri Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək. Bu barədə Turana Cəmil Həsənlinin Mərkəzi Seçki Qərargahının həmsədri Həsən Kərimov bildirib.

Onun sözlərinə görə, Cəmil Həsənlinin namizədliyinin müdafiəsi üçün 45 min seçici imzası toplanıb. “Hər bir imza ayrılıqda ekspertiza olunub. Bu gün Cəmil Həsənli imza vərəqlərini imzalayacaq. Sənədlər artıq qanunvericiliyə uyğun olaraq MSK-ya təqdim edilməsi üçün hazırlanıb”, o qeyd edib.
XS
SM
MD
LG