Accessibility links

Cəmil Həsənli Hafiz Hacıyevin prezidentliyə namizədliyinin ləğv edilməsini istəyir


Ictimai Televiziyada debat
Ictimai Televiziyada debat

O, Mərkəzi Seçki Komissiyasına müraciət edib

Milli Şuranın və prezidentliyə namizəd Cəmil Həsənlinin Mətbuat Xidmətinin
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib . O, Hafiz Hacıyev və İctimai Televiziyanın aparıcısı haqqında ölçü götürülməsini istəyir.

Müraciətdə deyilir ki, sentyabrın 28-də İctimai Televiziyada prezidentliyə qeydə alınmış namizədlərin canlı debatı kimi efirə gedən “Xalq seçir” verilişində prezidentliyə qeydə alınmış namizəd Hafiz Hacıyev çıxışında növbəti dəfə qeyri-etik və əxlaqdan kənar formada Cəmil Həsənlinin və onun namizədliyini irəli sürmüş “Demokratik Qüvvələrin Milli Şurası”nın ayrı-ayrı üzvlərinin şərəf və ləyaqətini təhqir edib.

“O, bu hərəkətləri ilə təkcə məni və “Demokratik Qüvvələrin Milli Şurası”nın ayrı-ayrı üzvlərini təhqir etməyib, həm də geniş tamaşaçı auditoriyasına da yumşaq desək hörmətsizlik və etikdan kənar davranış göstərmişdir. Lakin bütün bunlara baxmayaraq verilişin aparıcısı Hafiz Hacıyevin bu cür hərəkətlərinə imkan yaradıb, onun çıxışını dayandırmağa belə cəhd göstərməyib. Belə cəzasızlıq mühitində istədiyi əxlaqdan kənar ifadələrə və hərəkətlərə yol verən bu “namizəd” məni həm də öldürməklə hədələyib”, deyə Həsənli qeyd edib.

Cəmil Həsənli MSK-dan Hafiz Hacıyevin qeydiyyatının ləğv edilməsi üzrə müvafiq tədbirlər görülməsini və onun barəsində hüquq mühafizə orqanlarına müraciət edilməsini xahiş edib.
XS
SM
MD
LG