Accessibility links

Cəmil Həsənli: Tale Bağırzadənin qələbəsi... insanlığın şeytanlıq üzərində qələbəsidir


Cəmil Həsənli
Cəmil Həsənli

Milli Şuranın prezidentliyə keçmiş namizədi hesab edir ki, ilahiyyatçı alimin “qorxu olmayan yerdə sağlam düşüncə olur" fikrini söyləməsi yeni tarixi mərhələnin mühüm təzahürüdür

Türkiyədə səfərdə olan Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli ilahiyyatçı Tale Bağırzadənin həbsinə münasibət bildirib.

Cəmil Həsənli öz Facebook səhifəsində yazır:
“Dəyərli dostlar,

Azərbaycanda olmadığımdan təəssüf edirəm ki, ilahiyyatçı Tale Bağırzadənin məhkəməsində iştirak edə bilmədim. Tale Azərbaycanda ilahiyyat elminin yeni nəslinin ən istedadlı nümayəndəsidir. İmanına vətən sevgi hopmuş Tale Bağırzadə kimi möminlərin ona verilən "cəzadan" narahat olmaması bu hakimiyyətin repressiya siyasətinin iflasının təzahürüdür. İnanclı insanların narkotika ilə şərlənməsi bütövlükdə islamın narkotikaya bulaşdırılmasıdır. Saxta ittihamlarla belə adamları həbsə atmaq hakimiyyətin yalnız hüquq anlayışından deyil, əxlaq anlayışından da uzaq olduğunu göstərir. Taleyin üzünə durmağa məcbur edilən Hacı Kamran Seyidov özünü intihar etdi. Hətta bəyənmədiyimiz Sovet dövründə islam inanclı vətəndaşlar belə əxlaqsız repressiyalara məruz qalmayıb. Sözün tam mənasında bu rüsvayçılıqdır.

Məhkəmədəki çıxışında Taleyin "bu gün dinindən, irqindən asılı olmayaraq, hamı haqq mübarizəsi aparmaqdadır... Artıq gəncliyi zindanla qorxutmaq qeyri-mümkündür. Qorxu olmayan yerdə sağlam düşüncə olur" fikrini söyləməsi yeni tarixi mərhələnin mühüm təzahürüdür. Saxta ittihamla həbsə alınmış Tale məhkəmənin ona verdiyi "cəzanı" gülüşlə qarşıladı. Taleyin bu gülüşü narkotikaya aludə olmuş Azərbaycan hakimiyyətinin taleyinə gülüş idi. Məhkəmədə baş verənlər Taleyin şərəfli bir yol getdiyini və böyük qələbəsini ortaya qoydu. İnsanlığın şeytanlıq üzərində, Allaha tapınmağın allahsızlıq üzərində, haqqın haqsızlıq üzərində, ədalətin zülm üzərində, sağlam ruhun xəstə təfəkkür üzərində qələbəsi idi Taleyin qələbəsi”, Həsənli qeyd edir.

Noyabrın 1-də Sabunçu rayon məhkəməsi ilahiyyatçı Taleh Bağırzadəni Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz narkotik əldə etmə və saxlama) maddə ilə təqsirli bilərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrum edib.
Bağırzadə martın 31-də həbs edilib. O hazırkı iqtidarı kəskin tənqid edəndən sonra həbs edilib.

Rəsmi qurumlar Həsənlinin açıqlamasına hələ münasibət bildirməyib .

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG