Accessibility links

Cəmil Həsənli: Yanukoviç İlham Əliyevin etdiklərinin heç dörd faizini də etməmişdi


Cəmil Həsənli
Cəmil Həsənli

Rəsmi Bakı isə ölkənin sürətlə inkişafda olduğunu deyir

Tarixin son günlərinin ən möhtəşəm hadisəsi Ukrayna inqilabıdır. Kiyev Maydanında son bir neçə ayda cərəyan edən hadisələr qələbə ilə başa çatdı. Daha bir avtoritar, daha bir diktator, daha bir korrupsioner və öz ölkəsini soyan daha bir talançı rəzil oldu. Xalq öz iradəsini ortaya qoydu. Milli Şuranın sədri Cəmil Həsənli Ukrayna hadisələrini belə şərh edib.

O bildirir ki, qışın sərt soyuğuna baxmayaraq Ukrayna xalqı maydanda tarix yaradıb.

“Ukrayna xalqının qələbəsi Qərb dəyərlərinə, insan kimi yaşamağa can atan, öz sovet keçmişi ilə üzlüşməyə qərar vermiş qəhrəman bir xalqın qələbəsidir. Ukrayna xalqı sözün tam mənasında çağdaş dünya tarixinin ən gözəl qəhrəmanlıq salnamələrindən birini yazdı”.

Həsənli hesab edir ki, eyni zamanda Ukrayna hadisələri öz xalqına qarşı mübarizə aparan dar təfəkkürlü bir avtoritarın, xalqın etimadını itirmiş bir varlanmaq hərisinin, dəstəyi doğma xalqından deyil, özü kimi avtoritar rejimlərdən gözləyən bir korrupsiya düşkünün aqibətini ortaya qoydu.

"Berkut" xalqın qarşısında diz çökdü, regionlar partiyası "millət vəkillərinin" adları rüsvayçılıq lövhəsinə yazıldı. Yanukoviçin rüşvətxor nazirləri qaçmağa ölkə tapa bilmədilər. Rüşvət mühasibatı bütün dünyaya faş oldu. Belə bir tale Ukrayna regionlar partiyasından dəfələrlə çox çirkaba bulaşmış Yeni Azərbaycan Partiyasını da gözləyir”.

Milli Şura sədrinin fikrincə, belə bir aqibət Yanukoviç nazirləri ilə müqayisədə daha korrupsioner, daha rüşvətxor, daha talançı olan Azərbaycan hakimiyyət yetkililərini də gözləyir.

“Hər halda bütün çirkin əməlləri ilə yanaşı Yanukoviçin "rüşvət siyahısından" parlament mandatlarının satılmasının hesabları çıxmadı. Ən nəhayət, Yanukoviçin indiki ərz-halı 2013-cü ilin 9 oktyabrında hakimiyyəti növbəti dəfə mənimsəmiş İlham Əliyevi də gözləyir. Çünki Viktor Fyodoroviç dörd ildən dördcə gün əskik prezidentliyi dövründə İlham Əliyevin etdikləri əməllərin heç dördcə faizini də etməmişdi”, o qeyd edib.

Öz növbəsində hakim Yeni Azərbaycan Partiyası və rəsmi Bakı prezident seçkilərinin demokratik və azad keçirildiyini bildirir. Prezident Əliyev isə bir qayda olaraq xalq tərəfindən dəstəkləndiyini bəyan edir.

“Bizim daxili vəziyyətimiz çox sabitdir. Sabitlik qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır. Budur sabitliyi şərtləndirən əsas amil. Daxili vəziyyət sabitdir. Xaricdən olan bəzi təzyiqlər görürsünüz ki, heç bir səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi”, deyə prezident Əliyev fevralın 5-də regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG