Accessibility links

Çempionlar Liqasında qrup mərhələsi sona çatdı


Çempionlar Liqasında qrup mərhələsi sona çatdı
Çempionlar Liqasında qrup mərhələsi sona çatdı

Növbəti mərhələdə Avropanın 16 klubu mübarizə aparacaq

UEFA Çempionlar Liqasında dünən keçirilən oyunlardan sonra nöbvəti mərhələdə mübarizəni davam etdirəcək daha bir neçə komandanın adı bəlli olub. H qrupunda Portuqaliyanın Braga klubunu 2-0 məğlub edən Ukrayna təmsilçisi Şaxtyor Donetsk, Partizan Belqrad üzərində 3-1 hesablı qələbə qazanan İngiltərənin Arsenal klubu növbətini mərhələyə adını yazdırıb. E qrupunda qrup mərhələsini keçmək üçün İtaliyanın Roma klubuna Rumıniya təmsilçisi ilə heç-heçə etmək də sərf edirdi. Roma Clujla oyunda istədiyinə nail olub: 1-1

Çempionlar Liqasının 1/8 final mərhələsi üçün püşkatma dekabrın 17-də keçiriləcək. Püşkatmada adı yer alan klublar aşağıdalılardır:

AC Milan (İtaliya)

Arsenal (İngiltərə)

Barcelona (İspaniya)

Bayern Munich (Almaniya)

Chelsea (İngiltərə)

Copenhagen (Danimarka)

İnter Milan (İtaliya)

Lyon (Fransa)

Manchester United (İngiltərə)

Marseille (Fransa)

Real Madrid (İspaniya)

Roma (İtaliya)

Schalke (Almaniya)

Xhakhtar Donetsk (Ukrayna)

Tottenham (İngiltərə)

Valensia (İspaniya)

XS
SM
MD
LG