Accessibility links

Cenevrə - Dünyanın sülh paytaxtı ABŞ və Rusiya arasında danışıqlara yenidən ev sahibliyi edəcək


Dünyanın sülh paytaxtı adlandırılan Cenevrə İkinci Dünya Müharibəsindən bəri iki böyük dövlət arasında əlverişli görüş yeri olub və bazar ertəsi Rusiya ilə ABŞ arasında danışıqlara yenidən ev sahibliyi edəcək.

1985-ci ildə İsveçrənin bu dinc şəhərində ABŞ prezidenti Ronald Reyqan və onun sovet həmkarı Mixail Qorbaçov arasında sammit keçirilib.

Keçən ilin iyun ayında Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasında danışıqlar da Cenevrədə aparılıb.

ABŞ prezidenti Co Bayden Cenevrədə Rusiya Prezidenti Vladimir Putinlə görüşür, 16 iyun 2021-ci il.
ABŞ prezidenti Co Bayden Cenevrədə Rusiya Prezidenti Vladimir Putinlə görüşür, 16 iyun 2021-ci il.

Bazar ertəsi ABŞ dövlət katibinin müavini Vendi Şerman və onun rusiyalı həmkarı, xarici işlər nazirinin müavini Sergey Ryabkov Avropanın təhlükəsizliyi və Ukraynada münaqişə ilə bağlı uzun müddətdir gözlənilən müzakirələr aparacaq.

Neytral ərazi

Cenevrə Birləşmiş Millətlər Təşkilatının bir sıra agentlikləri ilə yanaşı Qırmızı Xaç və onlarla digər beynəlxalq təşkilatların qərargahlarının yerləşdiyi şəhərdir.

İsveçrənin keçmiş prezidenti Gi Parmelin keçən il Bayden-Putin sammitində Cenevrəni “sülh şəhəri” adlandırması Alp dağlarında yerləşən bu ölkənin Covid-19 pandemiyası zamanı belə beynəlxalq münasibətlərdə rol oynaya bildiyini göstərir.

Avropanın mərkəzində yerləşən İsveçrə əsrlərlə neytrallığı ilə tanınır və heç vaxt İkinci Dünya Müharibəsindən sonra qitəni bölən Soyuq müharibə dövrü NATO və Varşava Müqaviləsi bloklarının bir hissəsi olmayıb.

Həqiqətən də Reyqanla Qorbaçov arasında danışıqlar Soyuq müharibə buzlarının əridilməsində mühüm rol oynadı.

Casuslar və ekspertlər

2009 və 2010-cu illərdə Rusiya və ABŞ nüvə arsenallarını azaltmaq üçün Yeni START Müqaviləsini Cenevrədə müzakirə etmişdi.

Silahlara nəzarət və tərksilah sazişlərinin müzakirə edildiyi yeganə forum olan BMT-yə bağlı Silahsızlanma Konfransı Cenevrədə yerləşir. Buna görə də şəhər bu kimi danışıqlar üzrə ekspertlərlə doludur.

ABŞ və Rusiya xarici işlər nazirləri arasında bir neçə görüş, o cümlədən, 2009-cu ildə keçirilmiş Sergey Lavrov və Hillari Klinton arasında sammit də Cenevrədə baş tutub.

Görüş zamanı Klinton münasibətlərin canlandırılmasının simvolu olaraq Lavrova plastik “yenidən start verilmə” düyməsini təqdim etmişdi.

Lavrov və Klintondan sonra Dövlət katibi olmuş Con Kerri də Suriya və Ukrayna kimi mövzular ətrafında danışıqlar aparmaq üçün bir neçə dəfə Cenevrədə görüşüb.

Cenevrədə böyük diplomatik nümayəndəlikləri və kəşfiyyat orqanlarının xeyli nümayəndəsi olan ruslar və amerikalılar son illərdə şəhərdə Suriya ilə bağlı bir neçə görüş təşkil edib.

Bayden-Putin sammitindən sonra Şerman və Ryabkov strateji dialoqu davam etdirmək və Vaşinqtonla Moskva arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün Cenevrədə bir sıra görüşlər keçirib.

Onlar ilk dəfə iyulun 28-də ABŞ nümayəndəliyində danışıqlar aparıb, daha sonra isə sentyabrın 30-da yenidən Rusiyanın nümayəndəliyində görüşüblər.

Konfidensiallıq və təhlükəsizlik

İki ölkənin diplomatik missiyası bir-birindən bir neçə yüz metr aralıda, BMT-nin qərargahının yaxınlığında yerləşir.

Həmişə olduğu kimi bazar ertəsi də ərazi ciddi mühafizə olunacaq.

İsveçrə və xüsusilə də Cenevrə ev sahibi kimi təklif etdiyi təhlükəsizliyə görə bütün diplomatlar tərəfindən yüksək qiymətləndirilir.

Cenevrə 1990-cı illərdə Bosniyada vətəndaş müharibəsi, İranın nüvə proqramı üzrə 2013-cü il müvəqqəti razılaşması və daha yaxın zamanlarda Suriya, Yəmən və Liviyada münaqişələrlə bağlı danışıqlara ev sahibliyi edib.

Dünyaya Baxış

AZE Daily 08 18 2022.mp4
please wait

No media source currently available

0:00 0:10:21 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG