Accessibility links

“Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ikinci iclası keçiriləcək


Cənub qaz dəhlizi layihəsi
Cənub qaz dəhlizi layihəsi

Fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının II iclası keçiriləcək.

Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, toplantıda "Cənub Qaz Dəhlizi" layihəsinin iştirakçısı olan ölkələrin -Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan, Xorvatiya, Serbiya, Monteneqronun enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın yüksək vəzifəli şəxsləri, habelə Transanadolu Boru Kəməri (TANAP) və Transadriatik Boru Kəməri (TAP) layihələrinin və beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri iştirak edəcək.

Məşvərət Şurasının iclası üç plenar sessiya və dəyirmi masadan ibarət olacaq. Tədbirin yekununda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyanat imzalanacaq.

“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında regionda bütün iri layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi əhəmiyyətli rol oynayır. Bu layihə yeni marşrut qaz tədarükü mənbələrinin şaxələndirilməsinə və yeni alternativ marşrutlar açmağa imkanlar yaradır. Ona görə də “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması “Məşvərət Şurasının II iclası dünyada baş verən iqtisadi böhran, neftin qiymətinin kəskin düşməsi ilə müşayiət olunan yeni iqtisadi vəziyyətin “Cənub Qaz Dəhlizi” layihəsinə təsirlərinin, beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə maliyyələşmə məsələlərinin müzakirəsinə şərait yaradacaq. Eyni zamanda, ötən bir il ərzində layihənin həyata keçirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılacaq, layihənin hər bir hissəsi barədə hesabatlar təqdim olunacaq və növbəti tədbirlər birgə müəyyənləşdiriləcək. Məşvərət Şurasının bu dəfəki toplantısı həm də TAP layihəsinin reallaşdırılmasında qarşıya çıxan çətinliklərin, fikir ayrılıqlarının aradan qaldırılmasına da töhfə vermiş olacaq”, energetika nazirliyi qeyd edir.

“Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də keçirilib.

XS
SM
MD
LG