Accessibility links

"Smatfon dövründə “Friends” serialı fərqli ola bilərdi"


Cennifer Aniston sevimli “Dostlar” tele-serialının smartfon erasında tamam başqa cür ola biləcəyini deyib.

Aktrisa Thrive Global Podcast-ə “Biz zarafatla deyirdik…əgər `Dostlar` teleserialı bu gün çəkilsə idi kafe səhnəsində hər kəsin gözü telefonlarında olardı. Gerçək epizod və ya söhbət edən olmazdı” deyib.

Aniston çox maraqlı mövzuya toxunub… “Friends” filmi bir qrup dostun “Central Perk” kafesində texnologiyanın müdaxiləsi olmadan söhbətlərinə əsaslanıb.

Təsəvvür edirsiniz Coi Tribiani bütün günü telefonda Bumble və ya Tinder saytlarında qızlarla tanış olaydı.

Və kafedə “Smelly Cat” mahnısını ifa etmək əvəzinə Fibi mahnını YouTube-da yayardı və ya canlı çıxış edərdi.

Monika isə çox güman ki, bütün günü “Instagram”-da tortların reseptlərinə baxardı…. O həm də yəqin ki, idman veb səhifələrində necə arıqlaması barədə şəkillər yerləşdirəcəkdi.

Cennifer Anistonun oynadığı “Reyçal” obrazı isə yəqin ki, Monika ilə Facebook vasitəsi ilə əlaqə yaradacaqdı.

Və Çendler isə Tviterdə özünün gülməli olmayan zarafatlarını yerləşdirirdi.

XS
SM
MD
LG