Accessibility links

ASEAN sammitində fikir ayrılıqları qızğın debatlara səbəb olub


Kamboca paytaxtı Pnomfendə regional sammit çərçivəsində görüşən Cənub-Şərqi Asiya ölkələrinin liderləri növbəti dəfə Cənubi Çin Dənizindəki mübahisəli ərazilərə görə razılığa gələ bilməyiblər.

Liderlər çərşənbə axşamı Şərqi Asiya və ASEAN sammitinin son günündə nəticələri müzakirə edərkən Filippin bütün tərəflərin mübahisəni beynəlxalq müstəviyə çıxarmamaq barədə razılaşdırdıqları bəyanat layıhəsinə etirazını bildirib.

Filippinin Xarici İşlər Naziri Albert del Rozario məsələdə heç bir razılığın əldə olunmadığını bildirərək, hazırda ASEAN sammitiniə rəhbərlik edən və Çinin yaxın müttəfiqi olan Kambocanın yaydığı layihəyə qarşı çıxıb.

“Konsensus hər kəsin razılığı deməkdir, elə deyilmi? Mən orada olmuşam, prezident orada olub. Bizim konsensus əldə olunmadığını dediyimiz halda onlar konsensusun baş tutduğunu necə deyə bilər?”- deyə xarici işlər naziri del Rozario etirazını bildirib.

Bu mübahisə iyul ayında keçirilən ASEAN toplantısını xatırlatdı. Belə ki, tarıxdə ilk dəfə Kombodiyanın mübahisələrin məğzinin açıqlanmasını istəmədiyi üçün etdiyi etirazlarına görə 10 üzvdən ibarət olan birlik birgə bəyanatı razılaşdıra bilməmişdi.

Enerji ilə zəngin dənizin böyük hissəsinə iddialı olan Çin, ASEAN-ın mübahisələrin həllinə və müzakirələrə qoşulmasına razı deyil. Bunun əvəzində Çin mübahisəni özündən daha zəif rəqib dövlətlərlə, Filippin, Vietnam və digərləri ilə təkbətək müzakirə etməyə çalışır.

Çinin etirazlarına baxmayaraq, çərşənbə axşamlı qapalı qapılar arasında keçirilən sammitin sessiyası zamanı ABŞ prezidenti Barak Obama məsələni qaldırıb. Müşahidəçilərin çoxunun gözlədiyi kimi məsələ ətrafında mümkün proqresin olmasına dair hələlik heç bir göstərici yoxdur,

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG