Accessibility links

Cənubi Afrikada QİÇS vaksini sınaqdan keçirilir [Video]


Cənubi Afrikada QİÇS vaksini sınaqdan keçirilir
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Cənubi Afrikada QİÇS vaksini sınaqdan keçirilir

Təxminən otuz ildir hər il dekabrın 1-də biz QİÇS faciəsi barədə eşidirik. Eşitdiklərimiz dəhşət doğurur. Virus milyonlarla insanın ölümünə və milyonlarla uşağın kimsəsiz qalmasına səbəb olub.

1988-ci ildə anılan ilk QİÇS günündən bəri çox şey dəyişib. Bir zamanlar QİÇS mövzusunun tabu sayıldığı ölkələr indi insanları xəstəliyin müalicəsi ilə təmin edirlər.

Biz immun sistemini daha fəal edərək virusu qoruyub saxlayan hüceyrələri tapıb, məhv etmək istəyirik,
Dr. Pablo Tebas

İİV (İnsanın İmmunçatışmazlıq Virusu) virusu olan analar dünayaya sağlam övlad gətirə bilər və onları böyütmək üçün özləri də sağlam yaşaya bilərlər. Dərmanlar virusun yayılmasınınn qarşısnı ala bilər. İndi isə, alimlər vaksin və hatta xəstəliyə birədəflik çarə tampağın yollarından danışır.

Tədqiqatçılar hazırda aparılan sınağın bir hissəsi olaraq Cənubi Afrikada minlərlə könüllüyə potensial vaksin vururlar.

Onlar həmçinin virusu cilovlamaq üçün bədənin öz immun sistemindən istifadə etməyə çalışırlar. Pennsilvaniya Universiteti tərəfindən aparılan bir tədqiqatın nəticələri bunun mümkün olduğunu göstərir.

“Biz araşdırmada iştirak edən xəstələrə əks-cismlər yerdirik və bu əks-cismlərin İİV virusunu cilovlayıb-cilovlamayacağını və biz antiretrovirus terapiyasını dayandırdığımızda virusun geri qayıdıb-qayıtmayacağını yoxlayırıq”, Pensilvaniya Universitetindən Dr. Pablo Tebas bildirir.

İİV-ni əks-cismlərlə cilovlamaq üzərində apaılan araşdırma xərçəng sahəsində aparılan immunoterapiyaya bənzəyir. Orada xərçəng hüceyrələrinə qarşı mübarizə aparmaq üçün zülallardan istifadə olunur.

Britaniya şahzadəsi Harri və mügənni Rihanna QİÇS testindən keçirlər
Britaniya şahzadəsi Harri və mügənni Rihanna QİÇS testindən keçirlər

İİV hüceyrələrdə gizlənir. Xəstə anti-QİÇS dərmanlarını qəbul etməyi dayandıranda, virus geri qayıdır.

“Onkologiya və immunitetə əsaslanan xərçəng terapiyası tətbiq edən insanlar xərçəng hüceyrələrini məhv etmək üçün immun sistemini yaxşılaşdırmağa çalışırlar. İİV-ni məhv etmək problemi də eynidir. Biz də immun sistemini daha fəal edərək virusu qoruyub saxlayan hüceyrələri tapıb, məhv etmək istəyirik," Dr. Tebas deyir.

Tədqiqatçılar əks-cismlərin İİV virusunu 21 günə aradan qaldırdığını aşkar edib. Məqsəd isə virusu altı aydan bir ilədək aradan qaldracaq əks-cismlərin kombinasiyasını tapmaqdır. Ondan sonra isə İİV virusuna yoluxan xəstələr ömürlərinin sonunadək hər gün dərman qəbul etməli olmayacaqlar.

XS
SM
MD
LG