Accessibility links

Pentaqon Cənubi Koreyadakı ABŞ qoşunlarının ixtisarı planı üzərində çalışır


Pentaqon Cənubi Koreyada olan ABŞ qoşunlarının sayının azaldılması imkanlarını nəzərdən keçirir.

New York Times qəzetinin verdiyi məlumata görə, prezident Tramp Pentaqona 23,000 nəfərdən ibarət hərbi heyətin azaldılması planının hazırlanması tapşırığı verib.

Xəbərdə qeyd edilir ki, yarımadadakı ABŞ qoşunlarının ixtisarı Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında qarşıdan gələr zirvə görüşündə danışıqlarda istifadə üçün güzəşt vasitəsi deyil.

Tramp Koreyadakı qoşunların sayını azaldılmasına daha öncə razılıq vermişdi. ABŞ prezidenti yarımadada təhlükəsizlik xərclərinin bir hissəsinin Seul tərəfindən qarşılanmasını istədiyini bildirirdi.

Cənubi Koreya bu həftənin əvvəli ABŞ qoşunlarının yarımadadakı heyətinin ixtisarı ilə bağlı məsələnin sülh sazişi ilə heç bir bağlantısı olmadığını və bu saziş imzalandığı halda belə, ABŞ qoşunlarının yarımadada qalmalı olduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG